Accessibility links

Fəallar jurnalist Əvəz Hafizlinin qətlinin nifrət zəminində baş verdiyini nəzərə alınmasını tələb edirlər


İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizlinin qətlində təqsirləndirilən Əmrulla Güləliyevin məhkəmə prosesi keçirilib. Fəalın qətli ilə bağlı ilk məhkəmə prosesinə jurnalistlər və ictimai fəallar buraxılmayıb.

Məhkəmə qarşısında toplaşan fəallar Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu və buna görə də onun qətlinin siyasi olduğunu deyirlər. Fəallar “Əvəzin qatili dövlətdir”, “Cinayət Məcəlləsini yenilə” yazılan plakatlar qaldırıblar. Polis plakatları iştirakçıların əlindən alıb.

LGBTQI+ fəalı Cavid Nəbiyevin sözlərinə görə, məhkəmə bu qətl hadisəsinə xüsusi yanaşmalıdır və verdiyi qərarla cəmiyyətə mesaj ötürməlidir ki, insanı kimliyinə görə öldürmək olmaz:

“Sonda cəzanı müəyyənləşdirəndə məhkəmə Əvəzin kimliyini də nəzərə almalıdır. Biz əminik ki, Əvəzin öldürülməsində əsas rolu onun kimliyi rol oynayır, əgər belə olmasaydı, nəyə görə onun qatili cinsiyyət orqanını kəsməzdi? Bunun özü bir bəyanatdır, özü göstərir ki, Əvəzə qarşı törədilən nifrətdən doğan bir cinayətdir, məhkəmə isə bunu nəzərə almalıdır”.

Feminist fəal Gülnara Mehdiyeva bildirib ki, Hafizli qətlindən öncə hüquq mühafizə orqanlarına həyatının təhlükədə olduğunu bildirmişdi, lakin onun şikayətlərinə məhəl qoyulmayıb:

“Biz 27 nəfərin imzası ilə müxtəlif qurumlara kollektiv şikayət də göndərmişdik, amma o şikayətlərə heç bir reaksiya verilmədi. Dövlət Təhlükəsizlik Xidmətindən deyildi ki, bizə maraqlı deyil LGBTQI+ların qətlinə kimsə çağırış edir, yoxsa eləmir”, deyə fəal bildirib.

Növbəti məhkəmə prosesi iyulun 4-ə təyin olunub.

Fəallar jurnalist Əvəz Hafizlinin qətlinin nifrət zəminində baş verdiyini nəzərə alınmasını tələb edirlər
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olub-olmamasını müəyyən etmək üçün iş materialları ilə tanış olmaq lazımdır: “Təqsirləndirilən şəxsin öz izahatında, ifadəsində məsələni necə izah etməsinə, şahid ifadələrinə və digər obyektiv sübutların onu qətlə yetirən şəxsin bu əməli onun gender kimliyi əsasında törətməsinə baxmaq lazımdır. Amma mətbuatda gedən məlumatlar əsasında müəyyən etmək olur ki, bu məsələdə gender kimliyi amili rol oynayır. ”

Lakin hüquqşünas deyir ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır.

“Çox təəssüf ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində adam öldürmənin ağırlaşdırıcı halı və yaxud da sağlamlığa zərər vurmanın növlərinin ağırlaşdırıcı hal kimi nifrət motivi ayrıca nəzərdə tutulmayıb. Buna görə də, nifrət motivindən cinayəti törədilməsi Azərbaycanda ağırlaşdırıcı hal kimi tövsif edilə bilmir” - deyə, hüquqşünas bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Əvəz Şıxməmmədov (Hafizli) bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Təqsirləndirilən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG