Accessibility links

Milli Məclisin deputatlarının aylıq əmək haqqı artırılır


Milli Məclis
Milli Məclis

Milli Məclisin deputatlarının aylıq maaşları artırılır.

Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.

Hazırda "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

Bundan başqa qanuna görə, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Qanuna təklif edilən yeni dəyişikliyə görə ,Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə də alacaqlar.

Xatırladaq ki, ölkədə minimum əmək haqqı 300 manatdır. Son rəsmi məlumata görə, orta aylıq əməkhaqqı 825 manat olub.

Beləliklə, Milli Məclis sədrinin aylıq maaşı 7100 manat, vəzifə tutmayan deputatın aylıq əmək haqqı 4970 manat olacaq.

Göründüyü kimi Milli Məclis sədrinin aylıq əmək haqqı minimum aylıq əmək haqqından 23.6 dəfə, deputatın maaşı isə 7.2 dəfə çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG