Accessibility links

Dövlət ittihamçısı Pünhan Kərimliyə 7 il 6 ay həbs istəyib


Bu gün, iyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror AXCP fəalına qarşı verilən narkotik ittihamının məhkəmədə sübut olunduğunu bildirib.

Vəkili Cavad Cavadov narkotik ittihamının əsassız olduğunu, onun siyasi baxışlarına görə həbs edildiyini bildirib.

Vəkil deyib ki, Pünhan Kərimliyə qədər Almaniyadan deportasiya edilən dörd nəfər eyni qaydada narkotik ittihamıyla həbs edilib.

"Bu göstərir ki, deportasiya olunan fəal şəxslərə qarşı sistemli basqılar var" , o qeyd edib.

Cavadov Pünhan Kərimlinin saxlanılarkən və sonra polis idarəsində işgəncəyə məruz qaldığını diqqətə çatdırıb və bəraət istəyib.

Kərimli iyulun 27-də məhkəmədə son sözlə çıxış edəcək.

Dövlət ittihamçısı Pünhan Kərimliyə 7 il 6 ay həbs istəyib
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Pünhan Kərimli 2018-ci il oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

O, narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ittiham edilir. Kərimli isə ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

"Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar" , Kərimli məhkəmədə ifadə verərkən belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi barədə iddiaların əsassız olduğunu bildirib.

"Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil" , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG