Accessibility links

İranda Şərqi Azərbaycan vilayətinin rəhbəri qızıl mədənlərində qeyri-şəffaflığı tənqid edib


Abidin Xürrəm, Şərqi Azərbaycan vlayətinin valisi (Foto: IRNA. IRNA İranda dövlət nəzarətində olan xəbər agentliyidir.)

İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm vilayətin qızıl mədənlərinin emal fəaliyyətləri ilə yanaşı, maliyyə fəaliyyətlərində də şəffaflığın olmamasını tənqid edib. Tənqid vilayətin planlaşdırma və inkişaf şurasının iclasında səsləndirilib.

Fars xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycanın valisi Abidin Xürrəm vilayətin mədənlərindən çıxarılan mineralların xam formada satışının qarşısının alınmasını vurğulayıb.

Artıq bir müddətdir ki, Süngün mədənindən hasil edilən mis konsentratının xam şəkildə satılması vilayət deputatları ilə yanaşı valinin gündəliyindədir. Prezident İbrahim Rəisinin vilayətə səfəri və Azərbaycan Mis Şirkətinin yaradılması haqqında fərmanın verilməsi zamanı mədən gəlirlərinin bir hissəsinin vilayətə ayrılması ilə bağlı deputatlar və rəsmilər tərəfindən yaranmış mübahisə səngimişdi.

Lakin azərbaycanlı milli fəallar və vətəndaşlar Azərbaycan Mis Şirkəti ilə bağlı məsələyə nikbin baxmadılar və çoxları bu vədlərin gerçəkləşənə qədər keçərli olmayacağına inanır. Eyni zamanda bəzi ictimai fəallar bu addımın vilayət üçün faydalı olacağını düşünür.

Şərqi Azərbaycanın valisi son keçirilən iclasda Azərbaycan mədənləri ilə bağlı mübahisəli məsələni bir daha gündəmə gətirərək, vilayətin qızıl mədənlərinin necə emal edilməsi və maliyyə qeyri-şəffaflığı məsələsini qaldırıb.

Xürrəmin sözlərinə görə, Şərqi Azərbaycan vilayəti mədən sənayesi baxımından digər vilayətlərdən 40 il geridə qalır.

Vilayətin mədənlərində xam formada satışının qarşısının alınması və alt sənaye sektoru sahələrinin yaradılması kimi əvvəl təkrarlanan məsələlərlə yanaşı, o, Süngün mis mədəninə yaxın qızıl mədənlərində maliyyə şəffaflığının olmaması məsələsini qaldırıb.

“Süngün mis mədəninin gəlirləri yüksəkdir, lakin onun yanında bir neçə qızıl mədəni var və bu mədənlərin nə aktiv dövriyyəsi, nə də mineralların emal və göndərilmə yeri məlum deyil,” Abidin Xürrəm deyib.

Valinin açıqlamalarını dərc edən xəbər agentlikləri məsələ ilə bağlı əlavə məlumat verməyiblər. Bununla belə, agentlikdə validən sitat gətirilib ki, o, kənd və şəhər yollarının aktiv mədənlər tərəfindən dağıdılmasını tənqid edib və bu mədənlərin şəhər və kənd yollarının təmiri və yenidən qurulması xərclərini öz üzərinə götürməsi gərəkdiyini bildirib.

İndiyədək bir çox kəndlilər yaşadıqları yerin yaxınlığındakı mineral ehtiyatların istismarına qarşı çıxıblar. Yerli əhalinin mədənlərdə işə götürülməməsi, kənd və şəhərlərdə ətraf mühitin və yolların dağıdılması vətəndaşlar və fəallar tərəfindən tənqid və etirazlarla qarşılanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG