Accessibility links

AŞPA-da Azərbaycanda jurnalist və fəallara qarşı təqiblər müzakirə edilir


AŞPA-da Azərbaycanda jurnalist və fəallara qarşı təqiblər müzakirə edilir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

AŞPA-da Azərbaycanda jurnalist və fəallara qarşı təqiblər müzakirə edilir

Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-da müzakirələr davam edir. Hələ ötən sessiyada bir qrup deputat qətnamə layihəsi hazırlanması təşəbbüsü ilə çıxış edib.

Belçikalı deputat Kristof Lakruanın təqdim etdiyi sənəddə jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi, fəal Bəxtiyar Hacıyevə qarşı hücum qeyd edilir:

“Bu şiddətli zorakılıq, jurnalistin gey olmasını nəzərə alsaq, həm də homofobik çalar daşıyır. Azərbaycanda baş verən bu hadisə olduqca dəhşətlidir. Məsələ ilə bağlı xüsusi hesabatın hazırlanmasına dair qərarı AŞPA bürosu verəcək. Ümid edirəm büro hesabat hazırlanmasına dair qərar verəcək və hesabatın hazırlanması üçün səriştəli və mübariz bir deputat təyin edəcək. Hesabatın hazırlanması olduqca vacibdir. Çünki söhbət fikir azadlığından, yaşama hüququndan, jurnalistin fiziki və psixoloji toxunulmazlığından gedir. Eyni zamanda, bu cinayətin homofob tərkibi də var.”

Hüquq müdafiəçisi Emin Hüseynov son dönəmlərdə jurnalistlərə, fəallara qarşı hücumların daha da artdığını deyir:

“Blogerlərə növbəti sui-qəsdlər baş verir, Aytən Məmmədovaya qarşı ölüm hədəsi olub, hüquq müdafiəçilərini Azərbaycanda yenə də təqib edirlər, işgəncə verirlər, administrativ cəza verirlər. Hətta diffamasiyaya görə kiriminal cəza alanlar var. 5-6 ay həbsxana həyatı yaşamalı olan hüquq müdafiəçiləri var. Bütün bu məsələləri biz bu həftə burda yenidən diqqətə gətirdik.”

Jurnalist və LGBT fəalı Əvəz Hafizli bu il fevralın 22-si qətlə yetirilib. Aprel ayında fəal Bəxtiyar Hacıyevə naməlum şəxslər tərəfindən işgəncəyə məruz qalıb. May ayında isə jurnalist Aytən Məmmədova hücuma məruz qalaraq bıçaqla hədələnib.

Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən münasibət almaq mümkün olmayıb. Əvəz Hafizlinin qətli ilə bağlı hazırda məhkəmə işi davam edir. Aytən Məmmədova hadisəsi ilə bağlı cinayət işi açılıb. Azərbaycan Daxili İşlər Nazirliyi hadisəyə hüquqi qiymətin veriləcəyini bildirib.

Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların fundamental hüquqlarının qorunduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG