Accessibility links

Bayden: G7 Ukrayna müharibəsinə cavab olaraq Rusiya qızılını qadağan edəcək


ABŞ prezidenti Co Bayden bazar günü deyib ki, Birləşmiş Ştatlar və Böyük Yeddilik Qrupunun digər aparıcı iqtisadiyyatları Rusiyadan qızıl idxalına qadağa elan və liderlərin ümid etdiyi bir addım kimi Rusiyanı Ukraynaya təcavüzü ilə əlaqədar iqtisadi cəhətdən daha da təcrid edəcək.

Çərşənbə axşamı liderlərin illik sammit üçün bir araya gəlməsi ilə rəsmi açıqlama gözlənilirdi.

Bayden və onun Yeddilik Qrupu müttəfiqləri bazar günü sammitin açılış günündə enerji təchizatını təmin etmək və inflyasiyanın öhdəsindən gəlmək strategiyaları üzərində bir araya gəlib və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin Moskvanı cəzalandırmaq üçün çalışan qlobal koalisiyanın parçalanmasının qarşısını almağa çalışır.

Sammitin rəsmi açılışına bir neçə saat qalmış Kyiv meri Vitali Kliçko bildirib ki, Rusiya bazar günü Ukraynanın paytaxtına raket zərbələri endirib, ən azı iki yaşayış binasını vurib.

Bu, üç həftə ərzində Rusiyanın ilk belə zərbələri olub.

Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri qızılın Moskvanın enerjidən sonra ikinci ən böyük ixracatı olduğunu və idxalın qadağan edilməsinin Rusiyanın qlobal bazarlarda iştirakını çətinləşdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG