Accessibility links

“Heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov haqda kitabın təqdimatı keçirilib


“Yoldaş” - keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov haqda yeni dərc edilmiş kitabı belə adlanır.

Müəllif kitabda 13 saylı cəzaçəkmə müəssisəsində birlikdə məhbəs həyatı yaşadığı Məmmədovla bağlı xatirələrindən yazıb.
İlkin Rüstəmzadə bildirib ki, o, kitabda “Bayramı tanıdığı ilk gündən, tanışlıqlarını, xatirələrini, eyni zamanda Bayramın siyasi ideologiyasını” təsvir etməyə çalışıb:

İlkin Rüstəmzadən
İlkin Rüstəmzadən

“Bayramın məzarının önündə bəstəkar Rodrigonun “Aranjuez” əsərini ifa elədi, bu kitabda həmin əsərin hekayəsini yazmışam. Həmin tədbirlə bağlı paylaşıma bir nəfər yazmışdı ki, “mən başa düşə bilmirəm, bu, adam nə edib ki? Bir dənə heykəl yazıb”. Bayramı tanımayan və ya Bayramın mübarizəsini, ideoloji baxışlarını bilməyən, kənardan baxan insanlar üçün bəlkə də bu, elə ola bilər ki, olmamalıdır əslində. Kitabda Bayramın 26 yaşında necə nəhəng təfəkkürə, necə böyük ideallara sahib bir insan olduğunu cəmiyyətə göstərməyə çalışmışam. Bu, itki sadəcə onun ailəsinin və ya onun dostlarının itkisi deyil, bütün hamımızın və xalqımızın itkisidir”.

Kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub və pulsuz paylanılır.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs olunublar və daha sonra 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

2019-cu ilin martında İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıb.

2021-ci il mayın 2-də İstanbul dənizinin Kadıköy sahilində Bayram Məmmədovun cəsədi tapılıb. Türkiyə hökuməti açıqlamasında bunun şübhəli ölüm olmadığını və onun dənizdə boğularaq öldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG