Accessibility links

Bu il Azərbaycandan 680 dindar Həcc ziyarətinə gedəcək


Sabah, iyunun 29-da Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatına görə, zəvvarlar Bakıdan təyyarə ilə Ciddəyə gedəcək. Azərbaycandan bu il ümumilikdə 680 zəvvar ziyarətə gedəcək.

"Zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də Ciddəyə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir."

Bu il Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinə gedib, geri qayıtmaq üçün hər bir zəvvar 9106 manat (5356 ABŞ dolları) ödəyib. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR testi verməlidir. Həmçinin azı iki doza vaksin tələb olunur. 1957-ci ildən əvvəl anadan olan insanların Həcc ziyarətinə icazə verilmir.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG