Accessibility links

Böyük Yeddilər qrupu Rusiya neftinin qiymətini məhdudlaşdırmağı nəzərdən keçirir


Böyük Yeddilər qrupu Rusiya neftinin qiymətini məhdudlaşdırmağı nəzərdən keçirir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Böyük Yeddilər qrupu Rusiya neftinin qiymətini məhdudlaşdırmağı nəzərdən keçirir

İyunun 26-28 tarixlərində Almaniyada keçirilən Böyük Yeddilər Qrupunun sammitində dünyanın ən zəngin liberal demokratiyalarının liderlərinin diqqətində Ukraynaya yardım etmək və Vladimir Putinə zərbə vurmaq olub. Ukrayna prezidenti Volodimir Zelenskinin daha çox yardım çağırışlarını dinləyən liderlər Rusiyanın başlatdığı müharibəyə son qoymaq üçün Rusiya neftinin qiymətinin məhdudlaşdırmağı və bəzi başqa iqtisadi addımları nəzərdən keçiriblər.

Böyük Yeddilər qrupunun liderləri bazar ertəsi sammiti inkişaf etməkdə olan iqtisadiyyatlara açaraq, Argentina, Hindistan, İndoneziya, Cənubi Afrika və Ümumdünya Ticarət Təşkilatı, o cümlədən digər ölkələrin liderlərini dünyanın ən böyük problemlərindən bəzilərinə, ələlxüsus Rusiyanın Ukraynaya intensivləşən hücumuna və onun qlobal təsirinə qarşı mübarizə aparmağa dəvət ediblər. Rusiya Böyük Yeddilərin görüşü zamanı Ukraynaya zərbələrini artırıb və bazar ertəsi Ukraynanın mərkəzində izdihamlı bir alış-veriş mərkəzinə raket atıb.

Sammitə ev sahibliyi edən Almaniya kansleri Olaf Şolts Rusiyanın hərəkətini pisləyib.

“Başda mən bunu çox şüurlu bir şəkildə dönüş nöqtəsi adlandırırdım. Rusiyanın Ukraynaya hücumu ilə bütün qaydalar, bizim bir-birimizlə əldə etdiyimiz bütün razılıqlar, ölkələr arasında bütün əməkdaşlıq, xüsusilə də sərhədlərin güc yolu ilə dəyişdirilməməli olduğuna dair anlayış pozuldu,” Şolts deyib.

Ukrayna Prezidenti bazar ertəsi səhər yeddi liderə virtual şəkildə müraciət edib və daha çox hərbi dəstək və inkişaf üçün yardım istəyib.

Volodimir Zelenski deyib ki, o, münaqişənin eksalasiya etməsindən və mümkündür ki, yayılmasından narahatdır.

“Mən Belarus xalqına, həm dinc əhaliyə, həm də forma geyinmiş insanlara səslənmək istəyirəm. Siz müharibəyə cəlb olunursunuz. Fevral ayından və yaz aylarından daha aktiv şəkildə. Kremldəkilər sizin yerinizə hər şeyə qərar verib. Sizin həyatınız onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Amma siz nə qul, nə də top yemi deyilsiniz,” Zelenski deyib.

Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri deyir ki, onlar həmçinin Rusiyaya iqtisadi zərbələri artırmaq istəyirlər. Onların müzakirə etdiyi bir fikir Rusiya neftinə qiymət həddi tətbiq etməkdir – yəni, onlar müəyyən bir qiymətdən yuxarı ödənişdən imtina edəcəklər.

Təhlilçilər deyir ki, bu fikri Hindistanın əməkdaşlığı olmadan həyata keçirə bilməyin mümkün olub-olmayacağı bəlli deyil.

“Həqiqətən effektiv olmaq üçün, bütün neft alıcılarını kluba cəlb etmək lazımdır. Böyük Yeddilər və bir sıra başqa ölkələr arasında möhtəşəm birliyin olmağına baxmayaraq, xüsusilə Hindistan və Çin Rusiya neftini digər ölkələrlə müqayisədə daha çox alan ölkələrdir. Zənnimcə Çinin belə bir kluba qoşulmaq ehtimalı çox azdır, nəzərə alsaq ki, Çin müharibə ilə bağlı demək olar ki, Rusiya tərəfdarı və ya neytral mövqe sərgiləyir. Ancaq Çinin olmadığı bir klub özü də Rusiyanın maliyyə axınına ciddi ziyan vura bilər,” Brukinqs İnstitutundan Dan Hamiltn deyir.

Bu münaqişə çərşənbə günü Madriddə başlayan NATO sammitində də əsas müzakirə mövzusu olub.

XS
SM
MD
LG