Accessibility links

Təbriz məhkəməsi milli fəalı 3 il 6 ay həbsə məhkum edib


Abdullah Səduqi
Abdullah Səduqi

Hüquq müdafiəçiləri milli fəal Abdullah Səduqinin Təbriz İnqilab Məhkəməsi tərəfindən 3 il 6 ay həbs cəzasına məhkum olduğuna dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi türk fəala qarşı “bölücü qruplara üzv olmaq” ittihamından 2 il 6 ay, “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamından isə 1 il həbs cəzası çıxarıb.

Agentliyin xəbərinə görə, Səduqi daha əvvəl həmin ittihamlarla qiyabi olaraq mühakimə edilib, 6 ay həbs cəzası almışdı. Ancaq, faəlın məhkəmənin qiyabi keçirilməsinin qanunsuz olduğuna dair etirazının qəbul edilməsi ilə o yenidən mühakimə olunub.

“Apellyasiya Məhkəməsi yeni hökmü qüvvədə saxlasa, İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Səduqi barəsində çıxarılan ən ağır cəza, yəni 2 il 6 ay həbs hökmü icra ediləcək,” HRA agentliyi bildirib.

Abdullah Səduqi daha əvvəl fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakimə olunub. İranın təhlükəsizlik qüvvələri onu 2020-ci ilin sentyabr ayında evində nəzarət altına alıb, təqribən 5 həftə nəzarətdən sonra sərbəst buraxmışdı. Milli fəal 2010-cu ildə isə Traktor komandasına türkcə afişalar yayımladığı üçün həbs edilmişdi.

XS
SM
MD
LG