Accessibility links

İran Azərbaycanında bir jurnalist sərbəst buraxılıb, başqa bir jurnalist isə həbsə məhkum edilib


Mənuçehr Ağayi
Mənuçehr Ağayi

Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində jurnalist Mənuçehr Ağayinin 8 ay həbs müddətini başa vurduqdan sonra sərbəst buraxıldığı, Şərqi Azərbaycanda isə jurnalist Əmir Sainin 6 ay həbsə məhkum edildiyinə dair məlumat yayılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Mənuçehr Ağayinin bir neçə gün əvvəl sərbəst buraxıldığını bildirib.

Jurnalist "İran İslam Respublikası nizamına qarşı təbliğat" fəaliyyəti göstərmək ittihamı ilə mühakimə edilərək 8 ay həbsə məhkum edilmiş, keçən ilin oktyabr ayında Qoşaçay (Miyandab) şəhərinin həbsxanasına göndərilmişdi.

Ağayinin idarə etdiyi "Miandoab Press" adlı internet portalı Qərbi Azərbaycan vilayəti və xüsusilə Qoşaçay şəhəri ilə bağlı xəbərlər yayır. HRA-nın bildirdiyinə görə, jurnalist öz yazıları səbəbilə deyil, digər istifadəçilər tərəfindən onun sosial şəbəkələrdə paylaşdığı yazılar və görüntülər altında yazılan şərhlərdən dolayı rejimə qarşı təbliğatda suçlanmışdı.

Şərqi Azərbaycan vilayətində isə Əmir Sai adlı başqa bir jurnalistin 6 ay həbsə məhkum olunduğuna dair məlumat yayılıb. Güney Azərbaycan Televiziyasına (Günaz TV) istinadən, jurnalist Sufiyan şəhərinin cümə imamının (şəhərin əsas mollası) şikayəti ilə məhkəməyə verilib.

Günaz TV-nin xəbərinə görə, Əmir Sai Telegram sosial şəbəkəsində "Dəniz Səsi" adlı xəbər kanalını idarə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG