Accessibility links

Rusiya: Sərhəd Belqorod şəhərindəki partlayışlarda 3 nəfər ölüb


Rusiya rəsmiləri bildirib ki, bazar günü Rusiyanın Ukrayna ilə həmsərhəd şəhərində baş verən partlayışlarda azı 3 nəfər həlak olub. Belqorodda baş verən partlayışlarda onlarla yaşayış binasına ziyan dəyib.

Rusiyalı deputat Andrey Klişas partlayışlara hərbi reaksiya verməyə çağırıb.

"Belqorodda mülki əhalinin ölümü və mülki infrastrukturun dağıdılması Ukrayna tərəfindən birbaşa təcavüz aktıdır və ən sərt hərbi cavab tələb edir" , Klişas deyib.

Ukrayna rəsmiləri ənənəvi olaraq Rusiyaya hücumlar barədə çox az məlumat verir.

Bu arada Ukraynanın işğal olunmuş Melitopol şəhərinin meri İvan Fedorov Telegram-da Ukraynanın işğal olunmuş ərazilərdəki 4 Rusiya hərbi bazasından birini vurduğunu bildirib.

Şənbə günü Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya qüvvələrinin Lisiçansk şəhərini bombardmanlarını artırması ilə bağlı şiddətli döyüşlər gedib.

Fevralın 24-də Kyivi ələ keçirə bilmədiyi üçün Rusiyanın hərbi qüvvələri sənaye bölgəsi olan bu ərazini hədəfə alıb.

XS
SM
MD
LG