Accessibility links

İsa Qəmbər: Putin rejimi zəiflədikcə bölgədə azadlıq və demokratiya imkanları artacaq


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər

Milli Məclisin keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və Rusiya-Ukrayna müharibəsinin regional təsirlərindən danışıb.

Amerikanın Səsi: Son zamanlar, bir sıra yüksək rütbəli ABŞ rəsmiləri Azərbaycana səfər edib. Bu diplomatik fəallığı nə ilə izah edərdiniz? Sizcə bu səfərlər zamanı tərəflər arasında tam qarşılıqlı anlaşma əldə olunubmu? Hansısa razılıqların əldə olunmasını söyləmək olarmı?

İsa Qəmbər: Putin rejimi zəiflədikcə bölgədə azadlıq və demokratiya imkanları artacaq
please wait

No media source currently available

0:00 0:08:17 0:00

İsa Qəmbər: Fəallaşma mənə elə gəlir ki, iki əsas səbəblə bağlıdır. Bir tərəfdən Bayden administrasiyası daha fəal xarici siyasət yeridir. Bu baxımdan bizim bölgədə də, ABŞ-ın diplomatik fəallığının artması gözləniləndir. İkinci səbəb isə, hər halda, hesab edirəm ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı cinayətkar müharibə, müharibə nəticəsində dünyada böhran yaranması və bölgədə də vəziyyətin mürəkkəbləşməsi diplomatik fəallığın artmasına səbəb olur. Danışıqlar barədə ancaq rəsmi məlumatlar verilir. Kifayət qədər diplomatik ifadələrlə məlumat verilir. Pərdə arxasında hansı razılaşmalar baş verir, hansılar hələ əldə olunmayıb demək çətindir. Ancaq ümumi mənzərə bundan ibarətdir ki, əməkdaşlıq davam edir. Problemlər də qalır. Yəqin ki, hələ ciddi danışıqlara, ciddi qarşılıqlı razılaşmalara ehtiyac olacaq.

Çünki əslinə qalsa bu bölgədə avtoritar rejimlərin bərqərar olunmasında, güclənməsində, uzun müddət davam etməsində əsas xarici amil Rusiya faktorudur. Putin rejiminin mövcudluğudur.

Amerikanın Səsi: Qərb üçün enerji resurslarının əhəmiyyətinin artdığı bir vaxtda Vaşinqtonun Azərbaycanla dialoqunda demokratiya və insan hüquqları məsələləri aktuallığını saxlayacaqmı?

İsa Qəmbər: Təəssüf ki, Qərbin, ABŞ-ın bizim bölgədə, o cümlədən Azərbaycanla münasibətlərində üç əsas mövzudan birincisi təhlükəsizlik, ikinci yerdə iqtisadi məsələlər, xüsusən də enerji məsələləri, yalnız üçüncü yerdə insan hüquqları və demokratik mövzular olur. Düşünmürəm ki, indiki mərhələdə bu köklü dəyişikliklərə uğrayacaq. Ancaq yenə də ciddi bir səbəb var. Bu da Rusiya amilidir. Rusiyanın bölgədə nüfuzunun azalması insan haqları və demokratiya mövzularının aktuallaşmasına məncə səbəbdir və səbəb olacaq. Çünki əslinə qalsa bu bölgədə avtoritar rejimlərin bərqərar olunmasında, güclənməsində, uzun müddət davam etməsində əsas xarici amil Rusiya faktorudur. Putin rejiminin mövcudluğudur. Putin rejimi zəiflədikcə, Rusiyanın resursları məhdudlaşdıqca bölgədə azadlıq və demokratiya imkanlarının artması təbiidir.

Təbii ki, bu halda ABŞ-ın bugünki ölkələr ilə, o cümlədən Azərbaycan ilə əlaqələrində bu mövzunun aktuallaşması məntiqlidir və gözləniləndir.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharıbəsi və onun ətrafında baş verən hadisələr Cənubi Qafqaz ölkələrinin ABŞ-la münasibətlərinə hansı yeni çalarlar gətirəcək?

İsa Qəmbər: Elə dediyim məsələdir. Mən əminəm ki, Azərbaycanda və bir sıra postsovet ölkələrində avtoritar rejimlərin bərqərar olması, güclənməsinin bəlkə də birinci səbəbi məhz Rusiya faktorudur. Putin rejimi bölgədə, bütün ölkələrdə avtoritar rejimlərin olmasında, Qərblə ciddi problemləri olan ölkələrin olmasında maraqlıdır. İndiki mərhələdə isə qlobal bir böhran baş verib. Əslinə qalsa geopolitik bir zəlzələ baş verib. Bu geopolitik zəlzələnin ilk xəbərdarlıqları 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi, 2014-cü ildə Ukraynaya müdaxiləsi və Krımın ilhaq edilməsi idisə, 2022-ci ildə Ukraynaya qarşı bu cinayətkar savaşın başlanması Putin rejimi tərəfindən bütövlükdə bu geopolitik zəlzələnin hamı tərəfindən qəbul olunmasına, bunun bir gerçək olduğunun qəbul olunmasına gətirib çıxardıb. Təbii ki, belə bir şəraitdə ABŞ-ın da bu bölgədə fəallaşması Azərbaycanın və digər ölkələrin də ABŞ-la əlaqələrinə daha çox önəm verməyə başlaması məncə gözləniləndir.

Azərbaycanın müdafiəsini gücləndirən isə iki ciddi amil var. Birincisi NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və müttəfiqliik. Bizim əsas müttəfiqimiz Türkiyədir.​

Amerikanın Səsi: Rusiyanın Ukraynaya qarşı apardığı müharibə postsovet respublikaları üçün hansı təhdidlər yaradır? Onlar, o cümlədən Azərbaycan bu təhdidlərdən necə qorunmalıdır?

İsa Qəmbər: Çox ciddi təhdidlər var. Çox ciddi bir qlobal böhran gedir. Bu böhran da hər zaman olduğu kimi, yeni təhlükələr və yeni imkanlar yaradır. Təhlükə ondan ibarətdir ki, Rusiya artıq qırmızı xətləri keçdiyi üçün artıq Ukraynaya qarşı müharibə təkcə cinayət deyil, həm də bu Rusiya rejiminin çox ciddi bir siyasi səhvidir. Fəlakətdi, Rusiyanın özü üçün. Rusiyanın zəifləməsi qaçılmazdır. Putin rejiminin süquta doğru getməsi qaçılmazdır. Belə bir şəraitdə təbii ki, artıq qırmızı xəttləri keçmiş Rusiyanın bölgə ölkələri üçün təhlükə yaratdığı göz qabağındadır. Paradoks ondadır ki, Rusiya Ukrayna ilə müharibədə uğur qazansa da, bu təhlükə artacaq, uğursuzluq artsa da təhlükə artacaq. Çünki mən inanıram ki, uğur qazana bilməyəcək. Ancaq uğur qazansa arxayınlaşıb sonrakı addımlar atacaq. Postsovet ölkələrinə təhlükəni artıracaq Rusiya. Ancaq eyni zamanda Ukrayna ilə müharibədə uduzmağa başlayan və uduzmanın təkcə dünya tərəfindən yox, Rusiya ictimaiyyəti tərəfindən dərk olunmağa başlandığı mərhələdə Putin rejimi daha aqressiv xarakter ala bilər və bölgə ölkələrinə qarşı istər Moldova olsun, istər digər ölkələr olsun, istərsə də Cənubi Qafqaz ölkələri olsun, Rusiya tərəfindən təhlükələr arta bilər. Azərbaycanın müdafiəsini gücləndirən isə iki ciddi amil var. Birincisi NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və müttəfiqliik. Bizim əsas müttəfiqimiz Türkiyədir. Bu amil, mən hesab edirəm ki, Rusiyanın Azərbaycana qarşı təhlükəsini nisbətən azaldan ciddi amildir.

ABŞ bəyan edib ki, müstəqil dövlətlərin suverenliyini qorumağı da bir növ öhdəlik kimi üzərinə götürüb. Bu baxımdan bizim təhlükəsizliyimizin ikinci ən ciddi amili ABŞ ilə, Avropa ilə əlaqələri genişləndirməkdir.

İkinci amil odur ki, dünya birliyi, ABŞ başda olmaqla Qərb artıq Rusiyanın təhlükəsini tam şəkildə dərk edib, bəyan edibdir. Artıq NATO-nun konsepsiyası da dəyişir, Rusiyanı partnyor kimi, tərəfdaş kimi yox, ciddi bir təhlükə kimi qəbul eləməyə başlayırlar. ABŞ bəyan edib ki, müstəqil dövlətlərin suverenliyini qorumağı da bir növ öhdəlik kimi üzərinə götürüb. Bu baxımdan bizim təhlükəsizliyimizin ikinci ən ciddi amili ABŞ ilə, Avropa ilə əlaqələri genişləndirməkdir. Tərəfdaşlığı sıxlaşdırmaqdır. Bu olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə atılası xeyli addımlar var. Azərbaycan tərəfi ölkədə demokratiya, insan haqlarına gerçəkçi davranmalıdır. Nəhayət ki, bu istiqamətdə söz üzərində yox, kağız üzərində yox, ciddi islahatlara ehtiyac var. Eyni zamanda bilirəm ki, ABŞ etiraf etməldir ki, 1991-ci ildən bu günə kimi olan siyasətində yanlışlar olub. Rusiya faktoru düzgün hesablanmayıb. Yeni müstəqil dövlətlərə kifayət qədər dəstək verilməyib. Bir neçə mövzu ilə kifayətlənib. Bundan sonra ABŞ bu mövzularla daha diqqətli davranmalıdır. Məsələn Azərbaycanla münasibətdə 907-ci düzəlişin nəhayət ki, aradan qaldırılması ölkələlər arasında əhval-ruhiyyənin dəyişməsinə, ictimai rəyin müsbətə doğru xeyli dəyişməsinə gətirib çıxara bilər ki, bu da Azərbaycanda islahatların, demokratiya istiqamətində atılacaq addımların güclənməsinə imkan yarada bilər.

XS
SM
MD
LG