Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyi: İcra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın keçirilməsi yolverilməzdir


Daxili İşlər Nazirliyi

Azərbaycan Daxili İşlər Nazirliyi iyulun 13-də quru sərhədlərin açılması tələbi ilə Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirmək barədə təşəbbüsə münasibət bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:

"Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək," məlumatda qeyd olunub.

Bundan əlavə Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin edilən aksiyaya razılıq verməyib.

Bu barədə Bakı meriyasının aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda deyilir.

Eyni zamanda Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında "Ölkənin quru sərhədlərini açın!" tələbilə dinc etiraz aksiyasının vaxtını 20 iyula dəyişdirilməsini istəyib.

"Razılaşdırılmamış aksiyanın düşündüyümüz qədər effektli alınmayacağından ehtiyat etdim. Məncə, aksiyanı cəmi bir həftə təxirə salmaq faciə sayılmaz. Əgər ümid edirəm ki, bu arqumentlərlə razılaşarsınız, o təqdirdə 20.07.2022 tarixli aksiyaya dəstək verməyinizi xahiş edirəm. Əgər dostların əksəriyyəti rəylərdə razılaşdırılmamış aksiyaya çıxmağı tələb edərlərsə, o zaman deyilən vaxtda və yerdə görüşürük!" deyə o bildirib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında "Ölkənin quru sərhədlərini açın!" tələbilə dinc etiraz piketi keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, təşəbbüs onun olduğundan Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu da özü göndərib.

"Ölkənin quru sərhədləri məntiqsiz və absurd olaraq bağlı saxlanılır. Hökumət bunun səbəbləri ilə bağlı cəmiyyətə izahat vermir. Pandemiya ilə bağlı bütün qadağalar, məhdudiyyətlər ləğv edilibsə, insanlar təyyarələrlə gedib-gəlirsə, quru sərhədləri də açılmalıdır. Quru sərhədlərinin bağlı saxlanılmasının heç bir izahı yoxdur və bu, əhaliyə divan tutmaqdır. Çünki insanlar təyyarə ilə gedib-gələndə müflis olurlar. Təyyarə biletləri çox bahadır", o qeyd edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır.

Son aylarda koronavirusa yoluxma halları 20 nəfərədək azalıb. Ölkədə bütün qadağalar və insanların toplaşması üçün say məhdudiyyəti aradan qaldırılıb. Çoxsaylı tənqidlərə baxmayaraq, ölkənin quru sərhədləri insanların keçidi üçün açılmayıb.

Quru sərhədlərin bağlanması hava nəqliyyatında qiymətlərin süni artırılması və monopolist şirkətlərin dəstəklənməsinə xidmət etdiyinə dair hökumətə qarşı ittihamlara yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG