Accessibility links

Keçmiş deputat: Azərbaycanda öz hüququnu müdafiə etmək üçün gərək rüşvət verəsən, ya da ki, gərək kimsə tapşıra


Keçmiş deputat: Azərbaycanda öz hüququnu müdafiə etmək üçün gərək rüşvət verəsən, ya da ki, gərək kimsə tapşıra
please wait

No media source currently available

0:00 0:03:18 0:00

İyulun 7-də keçmiş deputat, sahibkar Nazim Bəydəmirli (Məmmədov) mətbuat konfransı keçirərək dövlət məmurlarına qarşı müxtəlif ittihamlar səsləndirib. O, illərdir dövlət qurumları tərəfindən şikayətlərinə baxılmadığını deyir.

Nazim Bəydəmirli 2004-cü ildə Dövlət Əmlak Komitəsinin keçirdiyi açıq hərracdan vəsaitini ödəyərək “Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin 30% səhmdarı olduğunu açıqlayıb. Onun sözlərinə görə ona milyonlarla manat ziyan dəyib. Nazim Bəydəmirli bildirir ki, bir qrup şəxs vəzifə səlahiyyətlərini aşaraq, Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağını saxtalaşdıraraq, başqalarının vəzifələrini mənimsəyiblər və nəticədə qurumun 12 il ərzində yığılan vəsaitlərini ələ keçiriblər:

“Azərbaycanda öz hüququnu müdafiə etmək üçün gərək rüşvət verəsən, ya da ki, gərək kimsə tapşıra. Mən çox təəssüf edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdədir. Baş Prokuror Kamran Əliyevlə bir ay əvvəl görüşməyimə rəğmən heç bir addım atılmayıb. Mənə gələn məktublarda “material Xətai Rayon Polis İdarəsinin dəftərxanasında saxlama müddəti başa çatdığından 7 yanvar 2017-ci il tarixdə məhv edilmişdir” və 3-5 ildir ki, eyni məzmunda məktublar alıram”.

Sahibkar deyir ki, o, Baş Prokuror Kamran Əliyevin verdiyi sözün tutmasını istəyir, əks halda səhmdarlar olaraq Baş Prokurorluğun önündə piket keçirəcəyini bildirib.

Nazim Bəydəmirli bildirib ki, “Avto-Qarant” ASC-nin səhmdarlarını prokurorluq orqanlarına Ədalət Bağırovun sənədləri hansı qaydada saxtalaşdırması barədə məlumat verilib:

“Bu hallardan bir daha aydın olur ki, Ədalət Bağırov son 12 ildə bütün yığıncaqları qanunsuz şəkildə keçirib və “özünə lazım olan qaydada” sənədləşmələr aparıb. Nəticədə dövlət orqanlarını aldadaraq saxta hesabatları təsdiq etdirib”.

O, qanun pozuntularına görə ASC-nin səhmlərinin 61 faizinə şübhəli şəkildə sahib olmuş Ədalət Bağırovu ittiham edir:

“2003-cü ildən “Avto Qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan Ədalət Bağırov mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

Baş prokurorluqdan şikayətlə bağlı cavab almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG