Accessibility links

Jurnalisti təhdid edən şəxs saxlanılıb


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır.

Daxili İşlər Nazirliyi saxlanılan şəxsin kimliyi barədə məlumat vermir.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist təhdidin peşə fəaliyyəti ilə bağlılı olduğunu bildirib.

Jurnalist Facebook səhifəsində yazıb ki, iyulun 8-də ailəsi ilə birgə Bakıda Sahil bağında olarkən hündür boylu, 30-35 yaşlarında bir nəfər ona xəbərdarlıq edərək hədələyib.

"Bir də belə etsəniz bilirsən nə olacaq? Bunu deyib çıxıb getdi. Bu adamın sifəti çox tanış gəldi, amma bunu ancaq küçədə, yolda gördüyümü düşünürəm. Mənim indiyədək kimsəylə şəxsi münasibət zəminində belə problemim olmayın. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, ictimai yerdə, parkın ortasında, günün genorta çağında məni təhdid elətdirirlər. Bu hadisə daha əvvəl olsaydı boş verərdim, amma Tofig Yagubluya, Bakhtiyar Hajiyevə, Ayten Məmmədovaya qarşı törədilən cinayət hadisələrinin davamı olduğunu düşünürəm!" , o qeyd edib.

XS
SM
MD
LG