Accessibility links

İspaniyada bu il ikinci isti dalğası yaşanır


İspaniyada bu il ikinci isti dalğası yaşanır.

İsti yay günəşi Şimali Afrikadan gələn isti hava cəbhəsi ilə birlikdə temperaturun yüksəlməsinə səbəb olub.

Dövlət meteoloji proqnozları AEMET bazar günü isti dalğasının iyulun 14-dək davam edə biləcəyini xəbər verib. Sinoptiklər bildirir ki, bazar günü qeydə alınan ən yüksək temperatur İspaniyanın cənubundakı Sevilya yaxınlığındakı Quadalquivir çayı sahilində və ölkənin qərbindəki Badajozda 43% olub.

Əbu-Dabidə yaşayan suriyalı səhiyyə işçisi, 45 yaşlı Raşa üçün isti hava tətilində xoşagəlməz sürpriz olub. "Bu, bizim tətildə olmasını istədiyimiz şey deyil, amma belədir. Səhra ilə müqayisədə bu o qədər də pis deyil" - deyə, o bildirib.

AEMET sözçüsü Ruben del Campo Reuters-ə bildirib ki, İspaniyanın cənubundakı Korboda və ya Ekstremadurada temperatur 44%-yə çata bilər. Çərşənbə axşamı və çərşənbə günləri Kastiliya, Leon və Qalisiya (İspaniyanın mərkəzi və qərbində) kimi [mərkəzi İspaniyanın] hissələrində 42%-yə çata bilər.

Del Campo insanlara həddindən artıq fiziki fəaliyyətdən çəkinməyi, yüksək temperatura həssas olan yaşlı insanlara qayğı göstərməyi və bol su içməyi tövsiyə edib. O bildirib ki, istilər zamanı meşə yanğınları riski də yüksəkdir.

AEMET-ə görə, iyun ayında ispanlar 1981-ci ildən bəri ən erkən istilik dalğası ilə üzləşib. Temperatur İspaniyanın mərkəzi və cənub bölgələrində 44%-dən yuxarı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG