Accessibility links

Özünü yandıraraq intihara cəhd edən müharibə iştirakçısının durumu ağır qiymətləndirilir


Müharibə iştirakçısı

Dünən, iyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında inihara cəhd edən İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərovun vəziyyəti ağırdır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib.

Məlumatda deyilir ki, hazırda Elvin Cəfərov Yanıq Mərkəzinin Reanimasiya şöbəsindədir, bədənin 70 faizi yanıb.

Cəfərovun qardaşı Elnur Cəfərovun dediyinə görə, intihara səbəb icra hakimiyyətinin haqsızlıqları olub.

"Elvin son variant kimi intihara əl atıb".

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, son illər bir sıra müharibə veteranı və müharibə əlilləri süründürməçilik və probelmlərinin həll olunmaması iddiası ilə etirazlar keçirir. Onlar əsasən pensiya təyinatı və sosial durumlarının ağırlığından şikayətçidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG