Accessibility links

Azərbaycanda temperatur 42 dərəcəyədək yüksələcək


Son günlər Azərbaycanda temperaturlar 40 dərəcə və daha çox olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir. Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

Havaların isti keçməsi insanların səhhətində də ciddi fəsadlar yaradır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, yay mövsümü başlayandan Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 16 nəfər müraciət edib.

13 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfərə yerində tibbi yardım göstərilib. Müraciət edənlərdən 13-ü yaşlı, üçü isə uşaqdır.

TƏBİB bildirir ki, günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır.

"Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır. İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir" , TƏBİB-in əhaliyə müraciətində qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG