Accessibility links

Azərbaycanda benzinin qiymətləri qaldırılıb-ekspertlərin baxışı


Azərbaycanda "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiyməti qaldırılıb.

Yanacaqdoldurma məntəqələri bu günə kimi 1 litrini 1 manat 60 qəpiyə satdıqları "Aİ-95" premium markalı benzini 2 manata (1,18 dollar), 1 litrini 2 manata satdıqları "Aİ-98" super markalı benzini 2.30 manata (1,35 dollar) təklif edir.

Ölkədə əhalinin əksəriyyəti "Aİ-92" markalı benzindən istifadə edir. Bu benzinin qiymətini Tarif Şurası tənzimləyir və hazırda 1 litrinin pərakəndə satış qiyməti 1 manatdır (0,59 dollar).

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 manatdan, "Aİ-98” markalı benzinin satışı isə 2,30 manatdan həyata keçirilməyə başlanıb.

"Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir" - deyə, "SOCAR Petroleum" QSC-nin mətbuat katibi qeyd edib.

"Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Buna baxmayaraq, bütün yanacaqdoldurma məntəqələri eyni qitymət təklif edir. Hər hansı yanacaqdoldurma məntəqəsində benzinin qiymətlərində təklif edilən qiymətdən bir qəpik belə aşağı və ya yuxarı qiymət təklif edilmir.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Tarif Şurası bir neçə ildir ki, "Aİ-95" markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb.

"Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik, SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir".

Ekspertin firkincə, hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır.

"Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardlr, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artlb deyə, bizdə də qiymətlər qalxır - yenə yalan danışırlar" , o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə qiymətlərin artırılmasından danışarkən bildirib ki, son on ayda dünya bazarında neftin qiyməinin artmasına baxmayaraq, Azərbaycanda qiymət sabit saxlanılıb.

"Başa düşülən deyil ki, neftin qiymətləri artdığı bir vaxtda "SOCAR Petroleum" hansı vəsait hesabına qiyməti stabil saxlayıb. Ona görə də istehlakçılar birdən-birə 25 faiz artımla qarşılaşdılar. Ona görə də əvvəllər öyrəndiyimiz 10, 20 qəpik deyil. Birdən-birə 40 qəpik artım etdilər. Bu əvvəllər itirilmiş marjanın (fərq-red) qaytarılması deməkdir" , ekspert belə hesab edir.

İlham Şabanın sözlərinə görə, Azərbaycan "Aİ-95" premium və "Aİ-98" super markalı benzini əsasən Rusiyadan, Türkmənistandan, az bir qismini isə Rumıniyadan idxal edir.

"Bazarın əsas yükünü qonşu Rusiya və Türkmənistandan idxal təşkil edir. Rusiya bu ilin yanvarında "Aİ-95" markalı benzinin bir tonunu 55 min rubla təklif edirdisə, iyun ayında 41 000 rubla təklif edib. Çünki Rusiyaya beynəlxalq sanksiyalar təıbiq edidikdən sonra benzinin qiymətləri düşüb".

Ekspert deyib ki, Azərbaycanda bu ilin oktyabrında "Avro-5" standartında dizel yanacağı, gələn ilin ortalarından isə "Aİ-95" markalı benzin istehsalına başlayacağını planlaşdırır.

"Təbii ki, "Avro-5" standartında olacaq dizel yanacağı indiki qiymətlərlə satıla bilməz" , o, dizel yanacağının da artırılacağına işarə edib.

Ekspert Qubad İbadoğlu hesab edir ki, "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətinin artımı növbəti bahalaşmaya start verəcək.

"Bu gündən "Aİ-95" premium markalı benzin 40 qəpik bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edir. Bu, öncə "Aİ-92" benzinin və dizel yanacağının, sonra ictimai nəqliyyatda gediş haqqının qiymət artımına hazırlıqdır" , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG