Accessibility links

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gələcək


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Azərbaycana səfər edəcək.

Bu barədə İranın dövlət agentliyi məlumat verib.

Məlumata görə, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Amil Usubovun dəvəti lə reallaşacaq. Əl Şamxanin səfəri iyulun 15-də baş tutacaq.

Bu səfər zamanı o, Azərbaycan prezident İlham Əliyev və azərbaycanlı həmkarı Usubovla görüşəcək, ikitərəfli, regional və beynəlxalq hadisələri müzakirə edəcək.

Rəsmi Bakı isə bu görüşlə bağlı hələlik açıqlama verməyib.

Öz növbəsində ötən həftə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İranda səfərdə olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Prezident Rəisi İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqların istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan İran prezidenti ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Nazir Bayramov iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb.

Məlumatda deyilir ki, Ceyhun Bayramov Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.

Bununla yanaşı,İRNA agentliyinin məlumatında deyilir ki, İran prezidenti İbrahim Rəisi regional məsələlərin xaricilərin müdaxiləsi olmadan region dövlətləri tərəfindən həllinə çağırıb.

Agentlik bildirir ki, prezident Rəisi iki dövlət arasında diplomatik məsləhətləşmələrin artması və bunun ticarət, iqtisadiyyat və siyasətin müxtəlif sahələrində əlaqələr və əməkdaşlığın genişlənməsinə təsiri barədə danışarkən Tehran-Bakı münasibətlərində yeni açılışların zəruriliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG