Accessibility links

Təbrizli millət vəkili: "25% seçici fəallığı milli dəstək baxımından boşluq hiss etdirir"


Təbriz xalqının İran parlamentindəki nümayəndəsi Əhməd Əlirza Beygi son müsahibəsində İslam Respublikasının idarəçilik tipini tənqid edib.

Asriran xəbər saytına müsahibə verən Əlirza Beygi Niyə bu xalqın diqqətdən kənarda qaldığı sualı cavablandıraraq deyib ki, bizim idarəçilik tipimiz belə bir vəziyyət yaradıb, insanlarımız indi iqtisadi tənlikdə harada yer alır?

O, bu vəziyyətdən çıxış yolunu xalqı siyasi qərarların mərkəzinə alınmalı olduğunu və seçim edə bilməli olmalarını qeyd edib.

"Xalqın paltaryuyan maşınını, parlamentdəki nümayəndəsini və prezidentini seçmək imkanı olmalıdır. Biz 25 faiz seçici fəallığı ilə seçki keçirdik, buna görə də, milli dəstək baxımından mütləq bir boşluq hiss etməliyik" - deyə, deputat bildirib.

Əlirza Beygi ölkədə mövcud tendensiyanın davam etməsini sosial narazılığın artması ilə nəticələnəcəyini düşünür. O, bunun səbəbini İran İslam Respublikasının siyasət və strategiyalarında xalqı nəzərdə tutmamaqla həyata keçirildiyi üçün baş verdiyini deyir.

Təbrizli millət vəkili parlamentin hökumət kabinetinə qarşı güzəştə getmə siyasəti götürdüyünü deyib. O, həmdə bunun yeni hadisə olmadığını və Ruhani dövründə də həyata keçirildiyini bildirib.

"Həmin parlament İqtisadiyyat və Daxili İşlər Naziri ilə bağlı güzəştə getdi və ölkədə baş verən bütün məsələlərlə bağlı hələ də hökumətə güzəştə gedir. Əslində cəmiyyətdə baş verənlərlə parlamentdə baş verənlər arasında böyük uçurum var" - deyə, deputat əlavə edib.

İranın Mühafizə Şurası 2020 parlament seçkilərində öncəki parlamentin 90 deputını və 6800 nəfərin namizədliyə tələbini rədd etmişdi. Həmin seçkilər İran İslam Respublikasının seçkilər tarixində ən aşağı seçici fəallığı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG