Accessibility links

Dövlət ittihamçısı azyaşlıya təcavüzdə təqsirləndirilən şəxsə 7 il cəza istədi


Bir qrup ictimai fəal Sənay Yağmura dəstək üçün məhkəmə qarşısında plakat qaldırıb.

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə Sənay Yağmuru təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Novruz Kərimovun sədrliyilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsə 7 il cəza istəyib. Prokuror bildirib ki, Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə verilən ittiham məhkəmədə sübuta yetirilib.

Lakin Əsgər Ağazadə özünü təqsirli bilmir, Sənay Yağmurun onlarda qaldığı gecə ona təcavüz etməsi barədə ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

Zərəçəkmişin anası, yazar Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. Onun sözlərinə görə, Əsgər Ağazadə məsuliyyətdən yayınmaq üçün yalan danışır.

Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan narazı olduğunu deyir. O, hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır:

“Əsgər Ağazadə cinayət faktları ortada olduğu halda cinayəti danıb, cinayət ortada olduğu halda istintaqla əməkdaşlıq etməyib, Sənayın azyaşlı olması da ağırlaşdırıcı haldır, amma dövlət ittihamçısı bu halları nəzərə almadı və 7 il iş istədi. Bizə qarşı yenə də qərəz ortalığa çıxdı. Ümid edirəm ki, məhkəmə bəraətə qədər getməz”.

Növbəti məhkəmə prosesi iyulun 27-ə təyin olunub.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG