Accessibility links

Cəlal Rövşən: İbrahim Rəisi dönəmində hər sahədə uğursuzluq və çöküş görürük


Cəlal Rövşən

İranın sərtxətt tərəfdarı prezident İbrahim Rəisinin vəzifəyə gəlməsindən təqribən bir il keçir. Siyasi şərhçi Cəlal Rövşən Amerikanın Səsi ilə söhbətdə prezident Rəisinin bir illik performansını dəyərləndirib. O, Rəisinin tam bir uğursuzluq və çöküş profili sərgilədiyini vurğulayır.

please wait

No media source currently available

0:00 0:14:29 0:00
Direct link

"Son bir ili dəyərləndirdiyimizdə bütün olaraq həm İran dövləti, həm indiki hökümətdə hər sahədə bir uğursuzluq və çöküş profilinin cızıldığını görürük" , Cəlal Rövşən deyib.

İbrahim Rəisinin ən önəmli şüarı və seçki vədi belə idi ki, biz xalqın rifahını və çörəyini xarici siyasətə və özəlliklə nüvə müzakirələri məsələsinə bağlamayacağıq. Ancaq keçən zaman içində gördük ki belə olmadı.

İbrahim Rəisinin seçki kampaniyalarında verdiyi əsas vədləri yoxsul kəsim üçün iqtisadi rifahı bərpa edəcəyi yönündə idi.

Rövşənin sözlərinə görə, "Rəisinin vədləri nəticəsində o ilk dönəmdə qısa müddət olsa da, bir rahatlama göründü. İqtisadi vəziyyətdə yəni bahalılıq baxımından bir rahatlama oldu. Amma biz bunun uzun sürməyəcəyini bilirdik. Çünki, İran İslam Cümhuriyyətindəki iqtisadi sıxıntılar çox daha dərindədir".

O, İranla nüvə sazişini canlandırmaq üzrə danışıqların nəticəsiz qalmaqda davam etdiyinə diqqət çəkərək deyir ki, "İbrahim Rəisinin ən önəmli şüarı və seçki vədi belə idi ki, biz xalqın rifahını və çörəyini xarici siyasətə və özəlliklə nüvə müzakirələri məsələsinə bağlamayacağıq. Ancaq keçən zaman içində gördük ki belə olmadı".

Siyasi şərhçi prezident Rəisinin İran-Çin strateji əməkdaşlıq müqaviləsinə ümid bağladığını, ancaq bu əməkdaşlığın İranın arzu etdiyi istiqamətdə yürümədiyini ifadə edib.

"Çin iqtisadi olaraq İranın istədiyi kimi arxasında durmadı. İran bir tərəfdən də ümidi bağlamışdı ki, nüvə anlaşması Rəisinin qurduğu yeni müzakirə heyəti ilə istədikləri şəkildə şəkillənəcəkdir. Amma, elə olmadı və müzakirələr indi nəticəsiz şəkildə havada qalıb" o, qeyd edib.

Prezident Rəisi dönəmində ölkənin müxtəlif bölgələrində yalnız iqtisadi vəziyyətlə bağlı deyil, eyni zamanda ətraf mühit problemləri və su qıtlığı ilə əlaqədar etiraz aksiyaları keçirilir.

Urmiyə gölünün quruması halında inanılmaz böyük insani fəlakətlər görəcəyik və qarşı-qarşıya olacağıq. Böyük köçlərə səbəb olacaq qədər böyük məsələdir.

Bir neçə gündür İran Azərbaycanında sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar geniş bir kampaniya başladaraq diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.

Cəlal Rövşən deyib ki, çevrə məsələsi dediyimizdə belə düşünməyək ki, marjinal bir söhbət və ya başqa ölkələrdə yaşıl partiyaların söyləmləri kimi bir şeydir.

"Özəlliklə Urmiyə gölü məsələsi əlbəttə ki, bir az iqlim məsələsidir, amma məsələnin böyük bölümü son oninlliklərdə İran İslam Cümhuriyyətinin yanlış siyasətləri üzündən yaranıb. Urmiyə gölü niyə Güney Azərbaycan üçün önəmlidir? Çünki, Urmiyə gölü elə bir strateji nöqtədə yerləşib ki, Azərbaycanın tam qəlbindədir. Bunun quruması halında inanılmaz böyük insani fəlakətlər görəcəyik və qarşı-qarşıya olacağıq. Böyük köçlərə səbəb olacaq qədər böyük məsələdir".

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG