Accessibility links

Baydenin Yaxın Şərqə səfəri fonunda Səudiyyə Ərəbistanı və İran arasında qlobal səviyyədə nüfuz uğrunda rəqabət


Baydenin Yaxın Şərqə səfəri fonunda Səudiyyə Ərəbistanı və İran arasında qlobal səviyyədə nüfuz uğrunda rəqabət
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Baydenin Yaxın Şərqə səfəri fonunda Səudiyyə Ərəbistanı və İran arasında qlobal səviyyədə nüfuz uğrunda rəqabət

Prezident Co Baydenin Yaxın Şərqə səfəri regionda sürətli geosiyasi dəyişikliklərin baş verdiyi vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabət uzun müddətdir regionda mürəkkəb münasibətlərin əsasında durur. Hər iki ölkə hazırda yenidən beynəlxalq səhnədə nüfuzunu artırmağa çalışır.

Co Baydenin ABŞ prezidenti kimi Yaxın Şərqə ilk səfəri həm Səudiyyə Ərəbistanı, həm də İran üçün qlobal səhnədə mühüm məqama təsadüf edir.

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman krallıq beynəlxalq əlaqələrini bərpa etməyə çalışdığı vaxt Misir, Türkiyə və İordaniyaya səfərdən yeni qayıdıb.

“Səudiyyə Ərəbistanı qismən [jurnalist] Camal Xaşuqçinin öldürülməsi və qismən də Yəməndə davam edən dağıdıcı humanitar nəticələrə səbəb olan müharibəyə görə beynəlxalq səhnədə kənara şıxışdırılıb. Beləliklə, səudiyyəlilər hazırda beynəlxalq şəbəkəyə yenidən inteqrasiya etməyə çalışırlar,” Lankaster Universitetinin beynəlxalq siyasət professoru Saymon Mabon bildirib.

Baydenin Ər-Riyada səfəri Vaşinqtonun açıq olduğuna işarədir.

Saymon Mabon: “Bu, əsasən, Ukraynada baş verənlərlə, neft və qaz qiymətlərində böyük sıçrayışla bağlıdır. Səudiyyə Ərəbistanı mühüm istehsalçı kimi qlobal bazarlara böyük təsir göstərmək potensialına malikdir”.

İran da həmçinin ABŞ sanksiyalarının ləğvi müqabilində 2015-ci il nüvə sazişinə qayıtmaq üçün danışıqlar apararaq, beynəlxalq səhnəyə yenidən qayıtmağa çalışır.

“İran dövlətinin pula ciddi ehtiyacı var,” Saymon Mabon qeyd edib.

Lakin İranın nüvə zənginləşdirilməsi proqramının sürətlə inkişafı ilə bağlı xəbərdarlıqlar fonunda nüvə danışıqlarında irəliləyiş dayanıb.

“İranın proqramı bizi narahat edən bir şəkildə irəlilədilib,” Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

İran və Səudiyyə Ərəbistanı 2014-cü ildən Yəməndə proksi müharibə aparır və iki ölkə 2016-cı ildə əlaqələri kəsib. İranın dəstəklədiyi Husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət arasında mart ayında əldə edilmiş atəşkəs razılaşmasına əməl olunur.

Tehran və Ər-Riyad arasında aprel ayında Bağdadda münasibətlərin normallaşdırılması istiqamətində danışıqların beşinci raundu keçirilib və növbəti danışıqlar planlaşdırılır.

Bayden Ər-Riyaddan əvvəl İsrail və Fələstin ərazilərinə səfər edib. Burada gözləntilər aşağıdır.

“Fələstinlilərin əsas məsələləri Bayden administrasiyasının prioritetləridirmi? Cavab xeyrdir. Buna görə də bu səfərdən yeni heç bir gözlənti yoxdur,” İordan çayının Qərb sahilində Birzeit Universitetinin siyasi elmlər professoru Əli Cərbavi deyib.

İsrail də həmçinin regionda ərəb qonşuları ilə yeni əlaqələr qurmağa çalışır.

“Səudiyyəlilər və israillilər qismən İranla bağlı ortaq narahatlıqlarla əlaqədar olaraq birlikdə işləyirlər,” Lankaster Universitetinin beynəlxalq siyasət professoru Saymon Mabon qeyd edib.

Hüquq müdafiə qrupları Baydeni Səudiyyə Ərəbistanı və İsrailə səfərləri zamanı insan haqları ilə bağlı narahatlıqları ifadə etməyə çağırıb. Vaşinqton insan haqlarının ABŞ-ın xarici siyasətinin mərkəzində olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG