Accessibility links

Urmiyə gölünün quruması ilə bağlı etirazlarda ondan çox milli fəal həbs edilib


Urmiya gölündə ekoloji fəlakətlə bağlı Urmiyə şəhərində keçirilən etiraz aksiyasından sonra İranın təhlükəsizlik qüvvələri Təbriz, Urmiyə, Sulduz (Nəğədə) və Qoşaçay (Miyandab) kimi müxtəlif şəhərlərdə bir neçə azərbaycanlı milli fəalı həbs edib.

İnsan Haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Ərk İnsan Haqları Cəmiyyəti həbs edilənlərin bəzilərinin adlarını açıqlayıb.

Təbriz şəhərində Xanım Həkimə Əhmədi, Həmid Purvəli, Yunis Mahmudi, Cəlal Dehqani, Yunis Quluzadə, İslam İmani, İbrahim Azəroğlu, Məhəmməd Mustafayi, Urmiyə şəhərində isə Huşəng Nağızadə və Mikayıl Qulipur, Rza Əkbərzadə, Sulduz (Nəğədə) şəhərində isə cənab Məsud Abbaszadə həbs edilərək təhlükəsizlik qurumlarının təcridxanasına köçürülüb.

Urmiyə gölündə ekoloji durumla bağlı etiraz aksiyalarında iştirak etdikdən sonra həbs edilən milli fəalların fotoları.
Urmiyə gölündə ekoloji durumla bağlı etiraz aksiyalarında iştirak etdikdən sonra həbs edilən milli fəalların fotoları.

Həmçinin Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərində cənab Cəlal Kudərilu, Mustafa Dövlətxah, Nadir Əmani, Vəli Zöhrabi və Nasir Hişməti təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

İran Azərbaycanının xəbər saytlarında dərc olunan xəbərə görə, bu gün, iyulun 17-də Urmiyə sakinləri olan Mikayıl Qulipur və Huşəng Nağızadə Urmiyə Mərkəzi Həbsxanasına köçürülüb.

İyulun 16-da bir həftə öncədən verilən çağırışdan sonra Urmiyə şəhərində Urmiyə gölünün quruması ilə bağlı yaranmış fəlakətli vəziyyətə etiraz olaraq aksiya keçirilib. Təbriz, Sulduz, Qoşaçay kimi digər şəhərlərdə isə təhlükəsizlik qüvvələrinin və polisin güclü müdaxiləsi nəticəsində etirazçılar sərt şəkildə dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG