Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır, səhiyyə qurumları qapalı yerlərdə maska taxmağı tövsiyə edir


Maska
Maska

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb. Bu dünən yoluxanların sayından 3,9 dəfə çoxdur. Dünən yoluxanların sayı 68 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 096 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 648, bu günə qədər isə ümumilikdə 7 008 073 test icra olunub.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin iyulun 18-də yaydığı məlumatda deyilir ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

“Səhiyyə qurumları vətəndaşlara qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir,” məlumatda qeyd edilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG