Accessibility links

Məhkəmənin ədalətli qərar verəcəyinə etibar etməyən fəallar Prezident Administrasiyası qarşısında aksiya keçirib


İyulun 22-də Prezident Administrasiyasının qarşısında fəallar "Təcavüzçünü qoruma!", "Güzəşt etmə", "Cinayətkarı qoruma, ədalətli cəza ver" şüarları ilə aksiya keçiriblər.

Onlar Sənay Yağmuru təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadəyə dövlət ittihamçısının 7 il cəza istəməsindən narazı qaldıqlarını deyirlər. Zərərçəkmişin anası Zümrüd Yağmur hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır:

Sənay Yağmurun anası Zümrüd Yağmur
Sənay Yağmurun anası Zümrüd Yağmur

"İndiyə qədər statistikada görməmişik ki, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə dövlət ittihamçısı bu qədər iş istəsin. İndiyə qədər də bizdən qisas alınıb, bundan sonrakı qisası da düşünürlər ki, ya o cinayətkara bəraət verəcəklər, ya da ən aşağı 5 və ya 6 il iş verəcəklər. Ondan sonra da 1-2 ildən sonra o, adam əfv ediləcək və beləcə bizə gözdağı verəcəklər".

Feminist fəal Gülnara Mehdiyeva
Feminist fəal Gülnara Mehdiyeva

Feminist fəal Gülnara Mehdiyeva iddia edib ki, Əsgər Ağazadənin ailəsi Sənay Yağmurun ölkədən giriş-çıxışı ilə bağlı şəxsi məlumatlarını paylaşıb. O, deyir ki, bu məlumatlar qanunsuz əldə olunub və qanunsuz şəkildə yayılıb: "Bunu ancaq dövlət məmuru verə bilər bunlara, siravi bir şəxs bu məlumatları əldə edə bilməz. Onlar paylaşanda da bilirdilər ki, heç kim onlara sorğu-sual etməyəcək ki, bu, məlumat sizdə haradandır. Bu gün Sənayın məlumatlarını əldə edir, sabah başqa bir vətəndaşın, amma nəyə görəsə heç bir dövlət qurumunu narahat etmir ki, vətəndaşların təhlükəsizliyindən söhbət gedir".

Prezident Aparatının önünə getmək istəyən fəalların qarşısı polis tərəfindən alınıb və onlar "İçərişəhər" metrostansiyası istiqamətinə yönləndiriliblər. Aksiya insidentsiz keçib, saxlanılan olmayıb.

Əsgər Ağazadənin anası Sürəyyə Ağayeva
Əsgər Ağazadənin anası Sürəyyə Ağayeva

Məsələ ilə bağlı Əsgər Ağazadənin anası Sürəyyə Ağayeva aksiyada səslənən iddiaları böhtan adlandırıb və ittihamları qəbul etmədiyini bildirib. Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

Əsgər Ağazadə özünü təqsirli bilmir və ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Növbəti məhkəmə prosesi iyulun 27-ə təyin olunub.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG