Accessibility links

Rusiya rəsmisi Odesaya raket zərbəsi endirildiyini etiraf edib


Ukrayna əsgəri Mikolayiv vilayətində cəbhə xəttində mövqelərdə durur, 23 iyul 2022.
Ukrayna əsgəri Mikolayiv vilayətində cəbhə xəttində mövqelərdə durur, 23 iyul 2022.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü bildirib ki, Rusiya raketləri şənbə günü Ukraynanın Qara dəniz sahilində Ukrayna taxılının ixracı üçün vacib olan Odesa limanında hərbi infrastrukturu məhv edib.

“Kalibr raketləri yüksək dəqiqlikli endirilən zərbə ilə Odesa limanındakı hərbi infrastrukturu məhv edib,” Mariya Zaxarova Telegram hesabında yazıb.

Rusiya bundan öncə iki ölkənin Ukraynaya Qara dəniz limanından milyonlarla ton taxılı icrac etməsinə imkan verən razılaşmaları imzalamasından bir gün sonra baş vermiş raket hücumunda iştirakını inkar etmişdi.

Rusiya rəsmisi tərəfindən mövqenin dəyişdirilməsinə nəyin səbəb olduğu dərhal açıqlanmayıb.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı müqaviləni təhlükəyə altına qoymaqda ittiham edib.

“Rusiyanın Odesaya, bizim limanımıza bugünkü raket hücumu rüsvayçılıqdır və bu, həm də Rusiyanın özünün siyasi mövqelərinə zərbədir. Əgər dünyada kimsə hələ də deyə bilsə ki, hansısa dialoq... Rusiya ilə hansısa razılaşmalar lazımdır, görün nə baş verir. Rusiyanın Kalibr raketləri bu gün bu cür bəyanatların mümkünlüyünü yox etdi,” Zelenski şənbə günü gündəlik müraciətində deyib.

ABŞ dövlət katibi Antoni Blinken şənbə günü axşam açıqladığı bəyanatda oxşar hissləri dilə gətirib.

“Hücum Rusiyanın dünənki sövdələşməyə sadiqliyini şübhə altına alır və BMT, Türkiyə və Ukraynanın mühüm ərzaq məhsullarının dünya bazarlarına çıxarlıması işinə xələl gətirir,” dövlət katibi Blinken bildirib.

“Rusiya qlobal ərzaq böhranının dərinləşməsinə görə məsuliyyət daşıyır və təcavüzünü dayandırmalı və razılaşdığı sazişi tam şəkildə yerinə yetirməlidir,” Blinkenin bəyanatında deyilir.

Hücum beynəlxalq miqyasda kəskin qınaqla qarşılanıb.

“Dünən bütün tərəflər Ukrayna taxılının və əlaqədar məhsulların dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək üçün qlobal səhnədə aydın öhdəliklər götürdülər,” BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Farhan Haq tərəfindən açıqlanan bəyanatda bildirilir.

“Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və bütün dünyada ehtiyacı olan milyonlarla insanın əziyyətini yüngülləşdirmək üçün çox vacibdir. Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam icrası mütləqdir”.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrell Rusiyanın hərəkətlərinin qınaq doğurduğunu bildirib.

“İstanbul sazişinin imzalanmasından bir gün sonra taxıl ixracı üçün əsas hədəfə vurulan zərbə...Rusiyanın beynəlxalq hüquqa və öhdəliklərə tam məhəl qoymadığını nümayiş etdirir,” o bildirib.

Zelenski deyib ki, Odesaya raket zərbəsi Moskvanın taxılın təhlükəsiz ixracı ilə bağlı razılaşmaya əməl etməməyin yollarını tapacağını nümayiş etdirir.

“Bu, yalnız bir şeyi sübut edir: Rusiya nə desə və nə vəd etsə də onu həyata keçirməməyin yollarını tapacaq” - deyə, Zelenski Telegram kanalında paylaşdığı videoda bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG