Accessibility links

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib


Vilyam Hacıyev

Azərbaycanın İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.

Bu barədə iyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.

Hökmə əsasən İmişlinin keçmiş icra başçısının üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə ediləcək və həbs olunan əmlaklar zərərçəkmişələrə ödənilsin, qalan məbləğ isə dövlət nəfinə ödəniləcək.

Hökmdən əvvəl isə prosesdə Vilyam Hacıyev son söz deyib. O bildirib ki, ittihamlar əsaslandırılmayıb.

Dövlətə və dövlətçiliyə xidmət etdiyini qeyd edən Vilyam Hacıyev etdiklərini sadalayıb. O, sonda məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.

Dövlət ittihamçısı İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevə 13 il həbs istəmişdi.

Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il mayın 6-da İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bu rayonun icra hakimiyyəti başçısı (artıq keçmiş) Vilyam Hacıyev həbs edilib.

Ümumilikdə hüquq mühafizə orqanları son illərdə bir neçə rayonda icra hakimiyyətlərinin binasında əməliyyatlar keçirib. Artıq beş rayonun (Ağstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçıları olmuş şəxslərin hamısına təkrar rüşvət almaq, vəzifədən sui-istifadə və mənimsəmə ittihamı irəli sürülüb.

Prezident İlham Əliyev icra strukturlarında qanunazidd hərəkətlərə yol verənlərə qarşı bundan sonra da əməliyyatlar keçiriləcəyini istisna etməyib.

Azərbaycanda bir sıra ictimai xadimlər, hüquq müdafiəçiləri bu əməliyyatları islahatın imitasiyası kimi dəyərləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG