Accessibility links

Prezident İlham Əliyev 3 rayona yeni icra başçısı təyin etdi 


Prezident İlham Əliyev yeni icra başçıları Araz Əhmədov, Əkbər Abbasov və Elvin Paşayevi qəbul edərkən.
Prezident İlham Əliyev yeni icra başçıları Araz Əhmədov, Əkbər Abbasov və Elvin Paşayevi qəbul edərkən.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iyulun 25-də bir neçə rayona yeni icra başçısı təyin edib.

Prezidentin mətbuat xidmətindən iyunun 25-də verilən məlumata görə, Araz Əhmədov Masallı, Elvin Paşayev Göygöl, Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İlham Əliyev Şahin Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdikdən sonra Araz Əhmədovu həmin rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub, 2019-cu ildə general-mayor ali hərbi rütbəsi ilə təltif edilmişdi.

Göygöl rayonunun yeni başçısı Elvin Paşayev 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. O, əvvəllər Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb.

Lerik rayonunun 1988-ci il təvəllüdlü yeni başçısı Əkbər Abbasov isə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG