Accessibility links

Dövlət Sərhəd Xidmətinin 7 hərbçisi sərhəddən narkotik vasitələrin qanunsuz keçirilməsi ittihamı ilə həbs edilib


Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin 7 hərbi qulluqçusu və bir mülki şəxs 90 kq civarında narkotik vasitəni sərhəddən qanunsuz keçirməyə cəhddə ittiham edilərək həbs olunub.

Bu barədə Azərbaycan Baş Prokurorluğun məlumatında bildirilir.

Rəsmi məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən… maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 ( dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və mülki şəxs Hikmət Xəlili həs edilib.

Onlar İrandan qanunsuz narkotik keçirməyə cəhddə şübhəli sayılırlar:

“Yeddi hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Məlumatda deyilir ki, daha bir mülki şəxsin isə axtarışa verildiyi açıqlanıb.

Rəsmi məlumata, hələlik, həbs edilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG