Accessibility links

"Tərtər işi" üzrə zərərçəkmişlər və yaxınları: Bu gün 8-ci aya keçib, amma ortada heç bir nəticə görünmür


"Tərtər işi" üzrə zərərçəkmişlər və yaxınları: Bu gün 8-ci aya keçib, amma ortada heç bir nəticə görünmür
please wait

No media source currently available

0:00 0:03:27 0:00

"Mənim orda bu iki dırnağımı çəkiblər, məni toka veriblər, huşum özümdən gedib. Suya atıb, meyidləri götürəndə mən ayılmışam. Ayağımın altına dubinka ilə.. bir gecədə məni 3 dəfə toka verirdilər" – bu sözləri Tərtər işi üzrə 2017-ci ildə həbs olunan Arif Şəmmədov deyir.

O və "Tərtər işi" üzrə zərərçəkmişlər, həmçinin, onların yaxınları iyulun 25-də Baş Prokurorluğun İstintaq İdarəsi qarşısında toplaşıblar.

Etirazın səbəbi ailələrin istintaqın gedişindən narazı olmaları və general Hikmət Həsənova yeni vəzifə verilməsidir.

Zərərçəkənlərin yaxınları cavabdeh şəxslərin cəzalandırılmasını, hərbi prokuror Xanlar Vəliyevin vəzifədən azad edilməsini tələb ediblər.

Həbsdə olan hərbiçi Emin Əliyevin atası Nasir Əliyev baş prokuror Kamran Əliyevin onları qəbul etməsini və cavabsız qalan suallarına cavab almaq istəyir:

"Bu gün 8-ci aya keçib, amma ortada heç bir nəticə görünmür. Görünən odur ki, bu işlərin açılması o qədər də asan baş vermir. Bunun da səbəbi həmin cinayətkar qurumun, Xanlsr Vəliyevin qurumunun, işi aparan müstəntiqlərin, məhkəmələrin vəzifədə qalması bu işin açılmasına maneə törədir. ".

Etiraz edənlər arasında bəraət alanlar da olub. Onlar başlarına gələn işgəncələrdən danışıblar.
Bəraət alanlardan biri də Arif Şəmmədovdur. Onun sözlərinə görə, həbs olunarkən üzərindən götürələn pul və əşyalar ona hələ də geri verilməyib. Bundan əlavə, o, bəraəti ilə bağlı sənədin də ona təqdim edilməməsindən narazıdır:

"1 ay, 13 gündür ki, gəlmişəm bura. Gözləyirəm ki, bəraət gəlsin, mənim təmizlik kağızım əlimə gəlsin. Mənə dəyən maddi-mənəvi ziyan ödənilsin. Mən müalicəyə getmək istəyirəm. Mənim bir dənə sağlam yerim yoxdur. Başım toka verilir, əlim qırılıb, 2 dırnağım çəkilib, dizlərim sümüyə qədər dirənmiş qara ləkələrdir".


“Tərtər işi” ilə bağlı 2017-ci ildə həbs olunan, işgəncə ilə öldürüldüyü iddia olunan hərbçi Elçin Quliyevin anası Validə Mahmudova istintaqa heç ümidinin qalmadığını deyir:

"İndi də bu cinayəti açanları şərləyib tuturlar. Bir qalıb ki, zərərçəkənləri, bizi tutsunlar. Niyə qatillər tutulmur? Kiminsə az da olsa istintaqa ümidi var idisə bu gün o ümid yoxa çıxır. Səbəb? Hikmət Həsənov sərəncama verilmişdi. Şəxsən Qasım Məmmədov bir neçə dəfə demişdi ki, narahat olmayın. Bir həftə, on günə Hikmət də gedəcək, başqaları da. Tutulacaqlar, dövlət bunları edəcək. Bəs nə oldu?

Bu gün etiraz aksiyası keçirən zərərçəkənlər Prokurorluğa dəvət edilib. Aksiya zamanı polis müdaxiləsi olmayıb.

Müdafiə Nazirliyindən Hikmət Həsənovla bağlı iddialara dair şərh almaq mümkün olmayıb.

2021-ci ilin dekabrında zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.

Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.

10 nəfər isə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG