Accessibility links

Ukraynalı dəmirçi ərazi müdafiəsinə kömək edir


Ukraynalı dəmirçi ərazi müdafiəsinə kömək edir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Ukraynalı dəmirçi ərazi müdafiəsinə kömək edir

Ukraynanın Sumı şəhərində əvvəllər mebellər hazırlayan yerli dəmirçi müharibə şəraitində fəaliyyətinin istiqamətini dəyişib.

Ukraynanın Sumı şəhərindəki bu kiçik emalatxana son yeddi ildir ki, avropalı müştərilər üçün metal loft mebelləri hazırlayır. Lakin Rusiyanın işğalı başlayan gün emalatxana şəhəri qorumağa çalışan sakinlərə kömək etməyə başlayıb.

"Bizə telefon zəngləri gəlməyə başladı - insanlar dəmir sobalar, tank əleyhinə kirpilər - işğalçıları dayandırmaq üçün yola yerləşdirilə biləcək hər şey istəyirdilər" – deyə, emalatxana sahibi Anton Zayka bildirib.

Ərazi müdafiə bölmələrindən birinin əsgəri bunun fərq yaratdığını deyir.

"Bu xəndək sığınacaqları üçün bütün avadanlıq - bunların hamısı Zayka sayəsindədir. Biz çox minnətdarıq. İndi də bir neçə çuqun soba haqqında danışmağa gəlmişəm... " – deyə, hərbçi Oleksandr bildirib.

Ondan, deməli, indi soba alacaqsan soruşduqda Oleksandr belə cavab verib: "Yox, yox, mən sadəcə soruşmağa gəlmişəm. O, artıq bizə o qədər çox şey verib ki, daha çoxunu istəməyə utanıram".

Zayka Oleksandr üçün bir neçə soba tapdı. Eləcə də bəzi xüsusi dəmir parçaları.

Rusiya Ukraynanı işğal etməzdən əvvəl Zayka işini genişləndirmək və başqa bir emalatxana tikmək ümidində idi. O, artıq təxminən 25 min dollar dəyərində material almışdı. Amma bunların hamısı müharibənin ilk ayında cəbhə xəttində ərazi müdafiə birləşmələrinə kömək üçün istifadə olunub.

"Sonra insanlar əşyalar gətirməyə başladılar... hər şeyi və tapa bildikləri hər şeyi. Bir oğlan var idi, 5-6 kilometr piyada bizim üçün əşyalar daşıyırdı - qarda! O, 20 kiloqramdan çox üzlüklü elektrod gətirdi. Bir çox insanlar necə kömək edə biləcəklərini soruşdular" – deyə, Zayka bildirib.

İnstaqramda ianə toplama səhifəsinin köməyi ilə Zayka və komandası da hərbi məqsədlər üçün avtomobillər alır və dəyişdirirlər.

"Biz ön tərəfi metalla örtürük ki, radiator və mühərrik xarab olmasın. Sonra təkərlərə qoruyucular taxırıq" – deyə, o qeyd edib.

Zayka Ukrayna hərbçilərinə kömək etməklə yanaşı, çox çalışırdı ki, yenicə övlad dünyaya gətirən həyat yoldaşının və altı yaşlı oğlunun həyatını bir az da asanlaşdırsın.

"Bizim bəxtimiz gətirdi ki, o, doğum başlayanda atəş bir az azaldı. Qızımız doğulandan sonra isə bir-iki gün atəşə tutulmadı. Anam dedi ki, qızımız bizə bir az dinclik gətirdi. Bu, başımıza gələn ən yaxşı şeydir - qızımızın doğulması!" – deyə, Anton bildirib.

Bu, od və metalla çalışan adam üçün incə sözlərdir.

XS
SM
MD
LG