Accessibility links

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini Azərbaycanda səfərdədir

General-mayor Maykl Vikman Azərbaycanda səfərdədir (Foto ABŞ Səfirliyinindir.)
General-mayor Maykl Vikman Azərbaycanda səfərdədir (Foto ABŞ Səfirliyinindir.)

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Vikman Azərbaycanda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin sosial media səhifələrində bildirilir.

ABŞ Səfirliyinin iyulun 26-da yaydığı məlumata görə, Maykl Vikman səfər zamanı Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanla hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.

This item is part of
XS
SM
MD
LG