Accessibility links

ABŞ meymun çiçəyi ilə mübarizə tədbirlərini genişləndirir


ABŞ meymun çiçəyi ilə mübarizə tədbirlərini genişləndirir
please wait

No media source currently available

0:00 0:03:16 0:00

ABŞ meymun çiçəyi ilə mübarizə tədbirlərini genişləndirir

Prezident Co Bayden COVID-19 xəstəliyindən sağalmağa davam etdiyi vaxt Birləşmiş Ştatlar ictimai səhiyə üçün yeni təhlükə ilə üzləşir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri meymun çiçəyini ictimai səhiyyəyə beynəlxalq səviyyədə narahatlıq doğuran təhlükə elan edib. ABŞ yeni virus epidemiyasına hazırdırmı?

Hazır olsa da, olmasa da meymun çiçəyi artıq ölkədə mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri şənbə günü mərkəzi Afrika üçün endemik olan və 75 ölkədə 16 mindən çox insana yoluxmuş virusu beynəlxalq səviyyədə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Meymun çiçəyi ABŞ-a may ayının ortalarında gəlib və hazırda burada 3000-ə yaxın yoluxma qeydə alınıb.

Səhiyyə təşkilatının əvvəllər elan etdiyi fövqəladə hallar COVID-19 pandemiyası, 2014-cü ildə Qərbi Afrikada baş verən Ebola epidemiyası və 2016-cı ildə Latın Amerikasını vuran Zika virusu ilə bağlı idi.

Ağ Evin pandemiya üzrə yüksək səviyyəli koordinatoru ABŞ-ın buna hazır olduğunu deyib.

"Biz testlər, peyvəndlər və müalicələrə çıxışı artırmaq və amerikalıların bu virusun hansı risk və çətinliklərlə üzləşdiyini və administrasiyanın buna cavab vermək üçün nə etdiyini başa düşməsinə əmin olmaq üzərində işləməyə davam edəcəyik" – deyə, Ağ Evin COVID-19-a cavab tədbirləri üzrə koordinatoru Doktor Aşiş Ca qeyd edib.

Simptomlar qripə bənzəyir, üstəlik sızanaq və ya suluq kimi görünən səpgilər yaranır.

Lakin həkimlər bunun pandemiya olmadığını deyirlər. COVID-19-dan fərqli olaraq, meymun çiçəyi yalnız yaxın təmas vasitəsilə yayılır və xəstəliyə qarşı hazır peyvənd var.

Bayden administrasiyası 2023-cü ilin ortalarına qədər 6,9 milyondan çox peyvənd dozasına çıxış əldə edəcəyinə ümid etdiyini və səhiyyə şöbələrinin 1,7 milyondan çox pulsuz müalicə kursu təklif etdiyini bildirib.

Doktor Ca Amerikanın Səsinin sualına cavab olaraq təfərrüatları açıqlamasa da, administrasiyanın qlobal cavabı sürətləndirməyə çalışdığını bildirib.

"Biz ABŞ-da danışdığımız laboratoriya imkanlarını, eyni test qabiliyyətini artırmaq ətrafında bir çox ölkələrlə güclü tərəfdaşlığımızı davam etdiririk. Digər ölkələrdə də bunun olması çox vacibdir. Biz bu işi davam etdiririk. Bu epidemiya indi bir çox başqa ölkələrdə də mövcuddur. Beləliklə, biz avropalı həmkarlarımızla, dünyanın digər yerlərindəki həmkarlarımızla daimi söhbətlər edirik. Düşünürəm ki, ictimai səhiyyət sahəsində fövqəladə vəziyyətin elan edilməsi qlobal reaksiyanı daha da gücləndirəcək" – deyə, o qeyd edib.

Həkimlər deyirlər ki, bu epidemiyanın necə adlandırılmasının əhəmiyyəti yoxdur, vacib olan odur ki, səhiyyə sistemləri meymunlarda deyil, gəmiricilərdə yaranan bu xəstəliyin qarşısını alsın.

Həkimlər qlobal peyvənd kampaniyalarının aparılmasını tövsiyə ediblər. İndiyə qədər Amerika və Avropada yoluxma hallarının əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər arasındadır ki, bu da virusun dayandırılması probleminə stiqma əlavə edib.

"Əgər ABŞ hökuməti meymun çiçəyinə nəzarət edilməinə ciddi yanaşmaq istəyirsə, onun mənbəyinə nəzarət etmək üçün bir yol tapmalıdır. Bu, endemik ölkələrdə fərdlərin əvvəllər edildiyindən daha geniş şəkildə peyvənd edilməsini tələb edəcək. Hesab edirəm ki, bu, indiki məqamda atılmalı olan qanuni addımdır" – deyə, Cons Hopkins Sağlamlıq Təhlükəsizliyi Mərkəzindən Dr. Ameş Adalca qeyd edib.

Ancaq Bayden administrasiyasına da məlum olduğu kimi, viruslar hiyləgər düşmənlərdir. Keçən həftə ABŞ prezidenti koronavirusa yoluxub. O, bazar ertəsi yaxşılaşdığını və təcrid olunmuş vəziyyətdə işlədiyini açıqlayıb.

"Hər gün özümü daha yaxşı hiss edirəm. Məndə hələ də bir az boğaz ağrısı və bir az öskürək var, amma əhəmiyyətli dərəcədə dəyişir. İndi boğazımın yuxarı hissəsindədir. Əslində, hər yerdə olduğundan daha çox burnumun ətrafındadır, amma mənə bunun belə olmalı olduğunu deyirlər. Və düşünürəm ki, tamamilə sağalmağa doğru gedirəm, tanrının izni ilə" – deyə, prezident Bayden vurğulayıb.

O, əlavə edib ki, həftənin sonuna qədər şəxsən işə qayıdacağına ümid edir.

XS
SM
MD
LG