Accessibility links

İbrahim Asmani müvəqqəti olaraq azadlığa buraxılıb


İbrahim Asmani
İbrahim Asmani

Azərbaycanlı milli fəal Ebrahim Asemani (Azəroğlu) iyulun 27-də Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, iyulun 16-da Təbriz şəhərində həbs edilərək Təbrizin Mərkəzi Həbsxanasına köçürülən milli fəal İbrahim Asmani məhkəmənin hökmünə qədər 100 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

İbrahim Asmani Təbriz Mərkəzi Həbsxanasında saxlandığı zaman ona aid olduğu bildirilən səs qeydi yayaraq, günahsız olduğunu bildirmişdi. O, səs yazısında həbsi və ona qarşı işin açılması prosesinə etiraz edərək, sərbəst buraxılmadığı təqdirdə aclıq aksiyasına başlayacağını söyləmişdi.

Azərbaycanlı milli fəala qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.

İbrahim Asmani iyulun 16-da Urmiyə sakinlərinin Urmiyə gölünün quruması ilə bağlı yaranmış ekoloji fəlakət və hökumətin buna cavabına etiraz etdiyi bir vaxt Təbriz şəhərində digər fəallarla eyni gündə həbs olunaraq, Təbrizin Mərkəzi Həbsxanasına köçürülmüşdü.

İyulun 16-da bir həftə öncədən verilən çağırışdan sonra Urmiyə şəhərində Urmiyə gölünün quruması ilə hökumətin bu ekoloji fəlakətin qarşısının alınmasına lazımi diqqətin yetirməməsinə etiraz mitinqi baş tutub, lakin Təbriz, Sulduz, Qoşaçay kimi digər şəhərlərdə isə təhlükəsizlik qüvvələrinin və polisin güclü müdaxiləsi nəticəsində etirazçılar sərt şəkildə dağıdılıb.

XS
SM
MD
LG