Accessibility links

Pol Qobl: Ümid edirəm ki, Blinkenin iki liderlə qurduğu əlaqə ABŞ-ın Cənubi Qafqazda daha çox səy göstərmək niyyətinin sübutudur


Pol Qobl: Ümid edirəm ki, Blinkenin iki liderlə qurduğu əlaqə ABŞ-ın Cənubi Qafqazda daha çox səy göstərmək niyyətinin sübutudur
please wait

No media source currently available

0:00 0:07:44 0:00

Pol Qobl: Ümid edirəm ki, Blinkenin iki liderlə qurduğu əlaqə ABŞ-ın Cənubi Qafqazda daha çox səy göstərmək niyyətinin sübutudur

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarını və ABŞ-ın regionda sülhquruculuğu səylərindəki rolunu şərh edib.

Amerikanın Səsi: Cənab Qobl, Dövlət katibi Antoni Blinken bazar ertəsi ayrı-ayrı Ermənistan və Azəbaycan liderləri ilə telefonla danışıb və ABŞ-ın regionda sülhü təmin etmək üçün “tarixi fürsətə” dəstəyini təklif edib. Bu tarixi fürsət nədir? Onu necə izah edərdiniz?

Pol Qobl: Məncə fürsət odur ki, Azərbaycan indi güclü mövqedədir və Ermənistan da bunu dərk edir. Rusiya isə, hər nə olursa olsun, Ermənistanı dəstəkləməyə o qədər də sadiq deyil. Bu da bir növ razılığa imkan yaradır. Amma məncə Blinkenin qeyd etdiyi kimi vurğulamaq lazımdır ki, bu, mütləq bir fürsət deyil və bir çox şey yolunda getməyə bilər. Çox hallarda xarici liderlər irəliləyiş üçün bir fürsətin olduğunu düşünüblər, amma bu baş verməyib. Bununla belə, mən ümidli olsam da, dövlət katibinin dilinin yarada biləcəyi nikbinlikdə deyiləm.

Amerikanın Səsi: Mənim növbəti sualım da sizin sülh razılığı ilə bağlı gözləntiləriniz barədə olacaq. Sizcə, dövlət katibinin sözləri Ermənistanla Azərbaycan arasında sülh razılığının olma ehtimalına işarə edirmi?

Pol Qobl: Aydındır ki, Birləşmiş Ştatların nüfuzunu ortaya qoyması faydalıdır və bu həm Yerevan həm Bakıda başqa hallarda atılmayacaq addımlar üçün bəhanət yaradır. Digər yandan, belə desək, erməni icmasının siyasi baxımdan yekun statusu ilə əlaqədar təməl problem, hələ ki, həll olunmayıb və iki tərəfin edə biləcəkləri məhduddur. Ona görə də, başqa halda etməyəcəyin güzəştləri xarici müttəfiqlərinin etməsi yaxşıdır. Ancaq eyni zamanda bu, 30 ildir həll olunmayan bir məsələdir.

Mən hər hansı tək bir müdaxilənin yetərli olacağını düşünmürəm. Mən ümid edirəm ki, Dövlət katibi Blinkenin sözləri və onun iki liderlə qurduğu əlaqə Birləmiş Ştatların Cənubi Qafqaza son aylarla müqayisədə daha çox səy sərf etmək, daha öncə mövcud olan balansı bir növ bərpa ermək və bununla da Bakı və Yerevana regiona sülh gətirəcək balanslı güzəştlər etmək üçün imkan vermək niyyətinin sübutudur.

Amerikanın Səsi: Siz dediniz ki, ABŞ daha çox səy göstərməlidir. Birləşmiş Ştatlar nə cür dəstək verə bilər?

Pol Qobl: Məncə Birləşmiş Ştatların edə biləcəyi bir neçə şey var. Birincisi, Birləşmiş Ştatlar Ermənistana hər zaman Rusiyada axtardığı dəstəyi verə bilər. Bundan əlavə Azərbaycanın ABŞ-ın lazım olduğu qədər həvəslə maraqlanmadığını düşündüyü bəzi məsələlər həll oluna bilər.

Mən Birləşmiş Ştatların Ermənistrana güzəştə getmək üçün özünə daha çox inamlı olmasını təmin etmək məqsədilə daha çox səy göstərməsini və bu səylərin Amerikanın Azərbaycana Rusiya ilə İranın arasında qalmaqdan qurtulmağa, mümkündür bəlkə də, bunların Amerikanın Şərq-Qərb arasında enerji daxil olmaqla ticarətə imkan yaradacaq Zəngəzur dəhlizinin açılmasına yardım etmək təklifi ilə parallel edilməsini istərdim. Bunun özü də, Ermənistanın da iştirakı ilə birlikdə, həll üçün əsas ola bilər.

Amerikanın Səsi: Rusiyanın diqqətinin Ukraynaya yönəldiyi bir vaxt, ABŞ regionda sülhquruculuğu səylərində daha böyük rol oynaya bilərmi?

Pol Qobl: Əlbəttə, doğrudur ki, Rusiyanın xarici siyasəti hazırda, böyük ölçüdə, Ukrayna və Qərbin sanksiyaları məsələsinə həsr olunub. Eyni zamanda isə Rusiya çox böyük xarici işlər nazirliyi olan çox böyük bir ölkədir. Ona görə də. Qafqazda baş verənlərə bir az diqqət ayırmağa davam edəcək.

Amerika hökumətində biz adətən dövlət katibinin cəlb olunduğu “yeddinci mərtəbə” məsələləri ilə daha aşağı vəzifəli rəsmilərin məşğul olduğu “beşinci mərtəbə” məsələləri arasındakı fərqlərdən danışırıq. Mən əminəm ki, Moskvada da bənzər vəziyyətdir və hazırda cənab Lavrov diqqətini əsasən Ukrayna və sanksiya məsələlərinə yönəldib. Belə olduğu halda, bu məsələyə də aşağı vəzifəli rəsmilər baxırlar ki, onlar bir tərəfdən hər hansı radikal addım atmaqdan çəkinirlər və ona görə vəziyyətin olduğu kimi davam etməsinə çalışırlar. Digər tərəfdən isə onlar müdirləri qədər cürətli hərəkət etmədikləri üçün, bu, Birləşmiş Ştatlar və Avropa İttifaqı kimi üçüncü oyunçuların indiyə qədər olduğundan daha böyük rol oynamasına imkan yaradır.

Amerikanın Səsi: İyulun 18-də Avropa Komissiyasının Prezidenti Urusla von der Leyen Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycanın 2027-ci ilədək Aİ-yə qaz ixracının ikiqat artırmasına dair memorandum imzalayıb. Bəzi insan hüquqları qrupları isə bu sövdələşməni qınayırlar və deyirlər ki, Aİ siyasi islahatların olmasını tələb etmədən bu cür razılıq imzalamamalı idi. Sizin buna münasibətinin nədir?

Pol Qobl: Məncə ölkələrin çox sayda maraqları var. Onların maraqlarından biri kifayət qədər enerji almaqdır. Bir digəri isə, Qərb cəmiyyətinin bir hissəsidirlərsə, onlar iş gördükləri insanların insan hüquqları və demokratiya tərəfdarı olmalarını istəyirlər. Bu iki məsələ hər zaman gündəmdədir.

Aydındır ki, Rusiyanın neft və qazdan avropalılara qarşı silah kimi istifadə etməsindən sonra Aİ-nin Azərbaycan daxil olmaqla yeni mənbələr axtarmağa çalışması təəccüblü deyil. İnsan hüquqları icmasındakı bəzilərinin Aİ-nin Bakıya təzyiq göstərmək üçün daha çox səy göstərməməsinə görə məyusluğu anlaşılandır. Eyni zamnda isə, məncə biz başa düşməliyik ki, Aİ indi diqqətini itirilən enerji tədarükünü əvəzləməyə yönəldib. Mən ümid edirəm və həqiqətən də düşünürəm ki, çox insanın düşündüyünün əksinə olaraq, Avropa İttifaqının bunu heç nə etməmək üçün bir bəhanə olaraq görməsi əvəzinə, bu razılıqdan Bakı iıə insan hüquqları və demokratiya məsələsi ilə bağlı müzakirələr aparmaq üçün əsas kimi istifadə etməsi mümkündür ki və bu, şübhəsiz ki, Aİ-nin keçmiş praktikalarına uyğun olardı.

Zənnimcə müəyyən aspektlərdə sərt mövqe tutmaq yaxşı olsa da, Aİ-nin Rusiyanın neft və qazını itirdiyini və başqa mənbələr tapmaq istəyini nəzərə aldıqda, Aİ-nin indi bunu davam etdirməsi mümkün deyil.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG