Accessibility links

Polşa müharibə başlayandan 5,15 milyon insanın Ukraynanı tərk etdiyini, 3,25 milyon insanın geri qayıtdığını bildirir


Polşanın sərhəd orqanları Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan bəri Ukraynadan Polşaya 5,15 milyon insanın qaçdığını bildirib. Bu barədə Azad Avropa/Azadlıq Radiosu məlumat verib.

Rəsmilərin iyulun 31-də bildirdiyinə görə, eyni müddət ərzində 3,25 milyon ukraynalı öz vətəninə qayıdıb.

Rəsmilər əlavə edib ki, iyulun 30-da Polşa ilə sərhədi keçənlərin sayı 25 400 nəfər olub və 29 900 nəfər Polşadan Ukraynaya geri qayıdıb.

Polşa Ukraynadan qaçan qaçqınların əsas hissəsini qəbul edib, lakin qonşuluqda digər ölkələr də çoxlu sayda insanı qəbul edib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, müharibə başlayandan bəri bütün Avropa boyu 6 milyondan çox insan qaçqın kimi qeydə alınıb.

Polşa hazırda 1,2 milyondan çox qaçqına ev sahibliyi edir. BMT-nin son məlumatlarına görə, Almaniya 670 000, Çexiya isə 400 000-dən çox insanı qəbul edib.

XS
SM
MD
LG