Accessibility links

Ərdəbil vilayətində siyasi fəal prokurorluğa çağırılıb


Şəhruz Süleymaniyan
Şəhruz Süleymaniyan

Ərdəbil vilayətinin Muğan bölgəsində siyasi fəal Şəhruz Süleymaniyan ümumi və inqilab prokurorluğuna çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “Parsabad şəhərinin ümumi və inqilab prokurorluğunun 4-cü şöbəsi fəal Şəhruz Süleymaniyana çağırış vərəqəsi göndərərək 5 gün içərisində həmin quruma müraciət etməsini tələb edib.”

Bir neçə gün əvvəl fəalın əlinə çatan çağırış vərəqəsinin surəti agentliyin veb səhifəsində dərc edilib. Sənəddə yazılanlara görə, Süleymaniyan “ümumi itizamı pozmaq məqsədi ilə ictimai rəydə təşviş yaratmaqda” ittiham olunur.

“Şəhruz Süleymaniyana qarşı ‘ümumi itizamı pozmaq məqsədi ilə ictimai rəydə təşviş yaratmaq’ iddiası bu sənədlə ona bildirilir. Müəyyənləşdirilmiş möhlət içərisində müraciət edilmədiyi təqdirdə qanuna uyğun ölçülər götürüləcək. Şöbəyə müraciət etməməyin nəticəsi saxlanılmaq olacaq,” çağırış vərəqəsində dərc edilib.

İranın islami cəza qanunlarında “ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə suçlananlar 2 ilə qədər həbs və ya 74 zərbə şallaq hökmü ilə üzləşə bilərlər.

XS
SM
MD
LG