Accessibility links

İllik klassik, əntiq avtomobil şousu pandemiya fasiləsindən sonra yenidən baş tutur


İllik klassik, əntiq avtomobil şousu pandemiya fasiləsindən sonra yenidən baş tutur
please wait

No media source currently available

0:00 0:03:04 0:00

İllik klassik, əntiq avtomobil şousu pandemiya fasiləsindən sonra yenidən baş tutur

Pandemiya səbəbiylə iki illik fasilədən sonra hər il keçirilən klassik, əntiq və unikal avtomobil şousu geri qayıdır. Amerikanın Səsi minlərlə həvəskarı Kaliforniyanın Qlendeyl şəhərinə cəlb edən parlaq avtomobil tarixçəsinə nəzər salır.

Onlar hər il Kaliforniyada Qlendeyl şəhərinin mərkəzində beş məhəllə boyda bir ərazidə nümayiş olunurlar. Əsas küçə təxminən 60 min tamaşaçı cəlb edən valehedici avtomobil tarixini təqdim edir.

"Burada bütün Arizona, Santa Barbaradan şouya gələn insanlar var və bu populyarlıq artmaqdadır" – deyə, Qlendeyl Şəhəri İctimai Xidmətlər üzrə Koordinatoru Petti Betankur bildirib.

O, "Qlendeyldə Kruiz gecəsi" adlanan illik tədbirin necə yarandığından danışır.

"Bu, 1994-cü ildə Kaliforniyanın Pasadena şəhərində keçirilən Dünya Kuboku ilə birlikdə başladı. Və biz çalışırdıq ki, bəzi azarkeşlər Qlendeylə gəlsin" – deyə, Petti Betankur qeyd edib.

Bu alındı. Klassik avtomobil sahibləri dəyərli maşınlarını nümayiş etdirmək üçün şəhərə axışaraq klassik və əntiq avtomobil həvəskarlarını cəlb etdilər.

Bu, Xorxe Çavesin 1936-cı il Şevrole avtomobilidir.

Amma Çaves onu aldığı zaman maşın belə görünürdü. 20 min dollar və yüzlərlə saat sonra bu onun şah əsəridir.

"Bu, mənim həmişə xəyalım idi, xüsusən də ailəmlə. Biz bu mədəniyyət içində böyümüşük. Belə bir avtomobilə sahib olmaq mənim üçün çox böyük uğurdur" – deyə, klassik avtomobil sahibi Xorxe Çaves bildirib.

Çaves üçün avtomobil mədəniyyəti bir ailə işidir.

"Bu, mənim ilk işim idi və mən işimi yüksək qiymətləndirirəm. Və həqiqətən ümid edirəm ki, bunu oğluma və gələcək nəsillərə ötürə biləcəyəm" – deyə, o əlavə edib.

Buradakı bəzi avtomobillər unikal və çox qədimdir. Bu, 1935-ci ilin Mercedes-... bu, 1950 Pontiak və ya bu parlaq qırmızı 1956 Korvet kimi.

Bundan əlavə burada qüsursuz köhnə Şevrolelər.. Kamarolar... etibarlı vintaj Volksvagenlər... və dəbdəbəli Rolls Royslar var.

Lona Agirre üçün bu, göz oxşayan avtomobilini başqaları ilə bölüşmək imkanıdır.

"Mən freskaları sevirəm, çünki onlar mənim mədəniyyətimi, ‘Día de los Muertos’un Meksika mədəniyyətini təmsil edir. Bu, mənə bütün keçmiş insanları xatırladır və əvvəllər yaşadığımız sevinc və xoşbəxtliyi xatırladır və bunu hər kəslə bölüşmək məni xoşbəxt edir" – deyə, o bildirib.

Tədbirə həmçinin modifikasiya edilmiş avtomobillər də cəlb olunur… Onlar arasında 70-ci illərin universalı … beynəlxalq kolleksiya edilə bilən avtomobillər… unikal və qeyri-adi nəqliyyat vasitələri… bəzi qəribəliklər… və ailə əyləncəsi üçün bonus olaraq… filmlər və televiziya şoularında istifadə edilən avtomobillər də var... Mayami Polisi və "Yolların cəngavəri"ndən KITT kimi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG