Accessibility links

Prezident Bayden ABŞ-ın Əl-Qaida lideri Ayman əl-Zavahirini öldürdüyünü təsdiq etdi


Prezident Co Bayden bazar ertəsi ABŞ-ın raket zərbəsi nəticəsində Əl-Qaida lideri Ayman əl-Zavahirinin öldürüldüyünü bildirib.

Son onillikdə əl-Zavahiri 2001-ci il 11 sentyabrda ABŞ-da dəhşətli terror hücumları törətmiş İslamçı terror qrupuna rəhbərlik edib.

“İndi ədalət öz yerini tapdı,” Bayden bazar ertəsi deyib. “Və bu terrorist lider artıq həyatda yoxdur.”

ABŞ prezidenti əlavə edib: “Biz bu gecə aydın edirik ki, nə qədər vaxt aparmasından, harda gizlənməsindən asılı olmayaraq, əgər sən bizim xalqımıza təhlükəsənsə, Birləşmiş Ştatlar səni tapacaq və aradan götürəcək.”

ABŞ 11 sentyabr terror hücumlarından az sonra Əfqanıstana hərbi müdaxilə etmişdi və həmin vaxt Əl-Qaida lideri Osama bin Laden əsas hədəf idi. ABŞ qüvvələri onu 2011-ci ildə Pakistanda öldürdülər.

Əl-Qaida lidei Ayman əl-Zavahiri FBI-ın ən çox axtarışda olanlar siyahısında idi.
Əl-Qaida lidei Ayman əl-Zavahiri FBI-ın ən çox axtarışda olanlar siyahısında idi.

Misirdə, varlı ailədə boya-başa çatmış Zavahiri peşəcə cərrah idi. 2011-ci ildə terror qrupuna rəhbərliyi ələ almazdan öncə onun bin Ladenin şəxsi həkimi olduğu bildirilib.

Onun ölümünün təsdiqi Kabildə Taliban idarəçilərinin Amerika dronunun Əfqanıstan paytaxtında yaşayış obyektinə raket zərbəsi endirdiyini bildirdikdən sonra öz əksini tapmışdı.

Yüksək rütbəli Ağ Ev rəsmisi əməliyyatın Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə keçirildiyini və yerdə Amerika hərbi qulluqçularının olmadığını bildirib.Administrasiya rəsmiləri yüksək əminliklə hücum nəticəsində yalnız Zavahirinin öldürüldüyü qənaətinə gəliblər.

Rəsminin sözlərinə görə, əl-Zavahiri dünya boyu əl-Qaida tərəfdaşlarına strateji istiqamət verməklə, ABŞ-a qarşı hücumlara çağırmaqda davam edirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG