Accessibility links

Azərbaycanlı müəllim və milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


Şükrüllah Qəhrəmanifərd
Şükrüllah Qəhrəmanifərd

Şərqi Azərbaycanın Xudafərin şəhər sakini, azərbaycanlı müəllim və milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-də həbs edilərək naməlum yerə aparılıb.

Sosial şəbəkələrdə yayılan bu milli fəalın həyat yoldaşına aid səs qeydində bildirilir ki, təhlükəsizlik qüvvələri azərbaycanlı milli fəalın evində axtarış apararkən onun bir çox sayda şəxsi əşyalarını və ailə üzvlərinin şəxsiyyət vəsiqələrini müsadirə edərək aparıblar.

Milli fəalın həyat yoldaşı tərəfindən yayımlanan həmin səs yazısında o, təhlükəsizlik qüvvələrinin məhkəmə orderi göstərmədən yerli vaxtla saat 11 radələrində evə daxil olduğunu, Şükrüllahı həbs etdikdən sonra evdə axtarış apararaq çox sayda şəxsi əşyalarını, ailə üzvlərinə aid olan mobil telefonlarını, şəxsiyyət vəsiqələrini və kitabları apardıqlarını deyir. O, həmçinin bildirib ki, təhlükəsizlik qüvvələrinin Kəşfiyyat Nazirliyinə, yoxsa İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatına bağlı olub-olmadığını öyrənə bilməyiblər.

Həmçinin insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi həbsdə olan milli fəalın oğlu Yaşar Qəhrəmanifərdin İnstaqram səhifəsinə istinadən yazıb: “Atamın vəziyyəti ilə bağlı hələ də məlumatımız yoxdur. müsadirə olunan əşyalar arasında ailə üzvlərinin mobil telefonları, ailə üzvlərinin pasportları, 500-dən çox kitab, kompüterlər və s. var idi.”

Türk fəal Şükrüllah Qəhrəmanifərd daha öncə də təhlükəsizlik qurumları tərəfindən həbs edilib və məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG