Accessibility links

İctimai fəal müharibə haqda yazdığı sitata görə prokurorluğa çağırıldığını bildirir


Rüstəm İsmayılbəyli
Rüstəm İsmayılbəyli

Avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyliyə Baş Prokurorluqda rəsmi qaydada xəbərdarlıq edilib. İsmayılbəylinin sözlərinə görə, o, Facebook sosial şəbəkəsində yazdığı statuslarla bağlı Baş Prokurorluğa çağırılıb:

"Atatürkdən gətirdiyim sitata görə, dindirildim. Dünənki bir yazımda "xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir" deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb".

Fəal bildirib ki, ona Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən, rəsmi xəbərdarlıq verilib. Həmin qanunun qeyd edilən maddəsində yazılıb ki, qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

Məsələ ilə bağlı Baş Prokurorluqdan isə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Son illər Baş Prokurorluq bir çox jurnalist, bloger və ictimai fəalı sosial şəbəkələrdə paylaşdıqları fikirlərlə bağlı çağıraraq, onlara xəbardarlıq verir. Baş Prokurorluq yalan məlumatların yolverilməz olduğunu vurğulayır.

XS
SM
MD
LG