Accessibility links

Müdafiə Xətti: Hakimiyyətdən tələb edirik ki, ifadə azadlığına, hüquq düşüncəsinə, media azadlığına hörmət ruhunda siyasət keçirsinlər


Avqustun 5-də "Müdafiə xətti" hüquq müdafiə təşkilatı iyul ayında ölkədə insan hüquqlarının pozulmasına dair mətbuat konfransı keçirib.

Təşkilatın icraçı direktoru Rüfət Səfərov son vaxtlar ölkədə siyasi fəalların və jurnalistlərin sosial şəbəkədə yazdıqları statuslara görə Baş Prokurorluğa çağrılmasına diqqət çəkib.

"Azərbaycan hakimiyyətindən tələb edirik ki, insanların ifadə azadlığına, hüquq düşüncəsinə, media azadlığına hörmət ruhunda siyasət keçirsinlər. Biz "Müdafiə Xətti" insan haqları təşkilatı olaraq təkidli formada Azərbaycan hakimiyyətinə həm müraciət edirik, həm də tələb edirik ki, insanları sərbəst sürətdə tirajladığı fikirlərinə, rəylərinə görə, ən yaxşı halda inzibati, ən pis halda isə cinayət təqibini bir an öncə dayandırsınlar".

Rüfət Səfərovun sözlərinə görə Baş Prokurorluq insanları fikirlərinə görə təqib edir.

"Bu gün Baş Prokuror özünü baş güdükçi kimi Azərbaycan cəmiyyətinə, sosial şəbəkə istifadəçilərinə tanıtdırır. Sonuncu dəfə ictimai fəal Rüstəm İsmayılbəyliyə, Ruslan İzzətliyə, Fikrət Fərəməzoğlu, Səxavət Məmməd və digər media mənsubları, ictimai fəallara qarşı təqiblər baş verir", deyə o qeyd edib.

Hesabatla bağlı Baş Prokurorluq hələlik, münasibət bildirməyib.

Son illər Baş Prokurorluq bir çox jurnalist, bloger və ictimai fəalı sosial şəbəkələrdə paylaşdıqları fikirlərlə bağlı çağıraraq, onlara xəbardarlıq verir. Baş Prokurorluq yalan məlumatların yolverilməz olduğunu vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG