Accessibility links

Amnesty International təşkilatının Ukrayna ilə bağlı hesabatı qəzəblə qarşılanıb, istefaya səbəb olub


Ukraynanın şərqində Donetsk vilayətinin Pokrovsk şəhəri, 4 avqust 2022-ci il.
Ukraynanın şərqində Donetsk vilayətinin Pokrovsk şəhəri, 4 avqust 2022-ci il.

Amnesty International təşkilatının Ukrayna bölməsinin rəhbəri insan haqları təşkilatının Ukrayna qüvvələrinin insanların məskunlaşdığı ərazilərdə yerləşərək mülki vətəndaşları Rusiyanın hücumlarına məruz qoyduğu bidirilən hesabatın açıqlanmasına etirazlarına məhəl qoymadığını deyərək, istefa verib.

Facebook sosial şəbəkəsində cümə günü axşam yayımladığı bəyanatda Oksana Pokalçuk təşkilatı Ukraynanın müharibə dövrü reallıqları və hesabata yenidən baxılmasında israr edən yerli işçilərin narahatlıqlarına məhəl qoymamaqda ittiham edib.

Cümə axşamı açıqlanan hesabat Ukraynanın yüksək səviyyəli rəsmiləri tərəfindən qınaqla qarşılanıb və hesabatın müəlliflərini Ukrayna ordusunun müdafiə taktikalarını Rusiyanın işğal taktikası ilə eyniləşdirən qeyri-müəyyən bəyanatlar verməkdə ittiham edən Qərb diplomatlarının tənqidinə səbəb olub.

“Etiraf etmək ağrılıdır, amma mənim və Amnesty İnternational rəhbərliyinin dəyərləri fərqlidir” - deyə, Pokalçuk yazıb. “Mən inanıram ki, cəmiyyətin rifahı naminə görülən istənilən iş yerli şəraiti nəzərə almalı və nəticələr dərindən düşünülməlidir” o əlavə edib.

Rusiya dəfələrlə ukraynalı döyüşçülərin təyin olunmuş ərazilərdə atəş mövqeləri qurduğunu iddia edərək, mülki ərazilərə hücumlara bəraət qazandırıb.

Pokalçuk bildirib ki, onun ofisi təşkilatın rəhbərliyindən hesabatın nəticələrinə cavab vermək üçün Ukrayna Müdafiə Nazirliyinə adekvat vaxt verilməsini istəyib və bu tələbin təmin edilməməsinin Kremlin dezinformasiya və təbliğat səylərini daha da artıracağını qeyd edib.

“Mən əminəm ki, həyatı çox vaxt birbaşa beynəlxalq təşkilatların söz və hərəkətlərindən asılı olan insanları nəzərə alaraq sorğularımız hərtərəfli aparılmalıdır,” o bildirib.

Amnesty İnternational-ın baş katibi Aqnes Kallamard hesabatın açıqlanması ilə bağlı mətbuat üçün məlumatda təşkilatın Ukrayna qüvvələrinin insanların məskunlaşdığı ərazilərdə mülki şəxsləri riskə atması və müharibə qanunlarını pozması praktikası ilə bağlı halları sənədləşdirdiyini bildirib.

“Müdafiə mövqeyində olmaq Ukrayna ordusunu beynəlxalq humanitar hüquqa riayət edilməsindən azad etmir,” Aqnes Kallamard bildirib.

Rusiya dövlət mediası Moskvanın Rusiyanın müharibə zamanı yalnız hərbi hədəflərə zərbələr endirdiyi ilə bağlı iddiasını dəstəkləyərək hesabata istinad edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Amnesty İnternational təşkilatının iddialarını Ukraynanın dinc əhalidən canlı qalxan kimi istifadə etməsinin sübutu kimi göstərib.

Ukrayna hökuməti Rusiyanın müdaxiləsindən sonra evlərini tərk edən on minlərlə insanın kifayət qədər dəstəyin olmadığını hiss edərək geri qayıtmasına baxmayaraq, ölkə və regional səviyyədə dəfələrlə cəbhəyanı ərazilərdəki sakinləri təxliyə olmağa çağırıb.

XS
SM
MD
LG