Accessibility links

VİP sədrinin apellyasiya məhkəməsi başlayıb 


VİP sədrinin apellyasiya məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:02:22 0:00

VİP sədrinin apellyasiya məhkəməsi başlayıb

Avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin Yasamal rayon məhkəməsinin barəsində çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Əli Əliyevin vəkilləri cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin etməyib.


Məhkəmə iclasında iştirak edən Milli Şuranın üzvü Tofiq Yaqublu Əli Əliyevin həbsdə saxlanılmasının onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Növbəti iclas avqustun 16-sı saat 14:30-a təyin olunub.

Əli Əliyevi Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov xüsusi ittiham qaydasında məhkəməyə verib.

Yasamal rayon məhkəməsi partiya sədrini Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək 6 ay həbsə məhkum edilib.

XS
SM
MD
LG