Accessibility links

Azərbaycan hidrometeoroloqları: Havanın hərarəti Abşeronda 39 dərəcəyə, ölkənin bəzi yerlərində 42 dərəcəyə yüksələcək


Qarşıdakı yeddi gün - avqustun 11-dən 18-dək Azərbaycan ərazisində isti, quru hava şəraiti davam edəcək.

Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, həmin günlərdə Bakıda və Abşeronda maksimum temperatur 35-37 dərəcəyə, bəzi yerlərdə 39 dərəcəyə çatacaq.

Rayonlarda havanın temperaturu 35-39 dərəcəyə, bəzi yerlərdə 41-42 dərəcəyə qədər isinəcək.

Fövqəladə Hallar Nazirliynin əhaliyə müraciətində deyilir ki, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Nazirlik həmçinin bildirir ki, isti hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!” Fövqəladə Hallar Nazirliynin məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG