Accessibility links

Bakıda "CultRural" festivalı keçirilib


Bakıda "CultRural" festivalı keçirilib
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Bakıda "CultRural" festivalı keçirilib

Bakıda 1-ci Azərbaycan "CultRural" Festivalı 2022 tədbiri keçirilib.

Festival "Bolqarıstan və Azərbaycanın Mədəniyyət və Yaradıcılığı arasında Körpü” layihəsi çərçivəsində təşkil olunub.

Tədbir Bolqarıstan və Azərbaycandan olan əl işləri, dizayn və moda, eləcə də vizual və ifaçılıq sənət sahələrində yaradıcı biznes nümayəndələrini bir araya gətirib.


Handicraft təmsilçisi Jalə Nəcəfova deyir ki, məqsəd beynəlxalq bazarda yerli əl işlərini tanıtmaqdır:

"Yerli səhmdarlara, yerli sahibkarlara dəstək veririk ki, onları daha çox tanıtdıraq. Hazırda 5 il keçib, indi bizim məqsədimiz tək yerli camaat deyil, Avropa bazarına çıxmaq və bizim yerli sənətkarlarımızı Avropada tanıtdırmaqdır. Sayca bizim 20-ci sərgimizdir ancaq ilk sərgidir ki biz AHK ilə birgə keçiririk".

Festivalın açılışında səfirlik nümayəndələri, rəsmi qonaqlar iştirak edib. Onlar Bolqarıstan və Azərbaycan yaradıcı biznesləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni işgüzar əlaqələrin qurulmasında layihənin əhəmiyyətindən danışıblar.

Azərxalça rəsmi nümayəndəsi Əsmər Abdullayeva bildirib ki, xalçaçılıq sənətini bu tip layihələr çərçivəsində təqdim etmək vacibdir:

"Bu layihənin birinci hissəsində biz Bolqarıstanda olduq, orada sənətkarın işləri ilə tanış olduq. İkinci hissədə isə həmin sənətkarlar Azərbaycanda öz işlərini təqdim edir. Biz də bu sərgidə Azərxalça olaraq öz məhsullarımızı təqdim etdik. Bizim müxtəlif formalarda xalçalarımız, müxtəlif kolleksiyalarımız var. Burada kiçik suvenir xalçalar kolleksiyasını təqdim edirik".

Festival çərçivəsində Bolqarıstanın 9 və Azərbaycanın 59 yaradıcı biznesi öz şirkətlərini təqdim etmək və öz əl işlərini azərbaycanlı və avropalı həmkarlarına və qurumlarına nümayiş etdirmək fürsətindən istifadə ediblər.

XS
SM
MD
LG