Accessibility links

"Boeing B737" təyyarəsi Bakı aeroportuna plandankənar eniş edib


Türk Hava Yolları Boeing 737-800 təyyarəsi

“Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Bakı Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin avqustun 13-də yaydığı məlumatda deyilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

“Təyyarə Bakı hava limanında uğurlu eniş edib. Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG